Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

10-12-2024 / 13:08

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Xeberler.az məlumat verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Nazir çıxışında müsabiqənin qaliblərin peşəkar inkişafı üçün mühüm imkanlar yaratdığını vurğulayıb və onların karyera yüksəlişini dəstəkləyən mentorluq proqramının əsas məqsədlərindən bəhs edib.

Rəşad Nəbiyev gələcəyin liderlərinin inkişafına xüsusi önəm verdiklərini qeyd edərək, “Yüksəliş” müsabiqəsinin Azərbaycanın idarəçilik sistemində səriştəli və vətənpərvər kadrların yetişməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir Rəşad Nəbiyev sonda peşəkar kadrların yaradıcı potensialının və innovativ ideyalarının ölkənin gələcək inkişafına müsbət təsir göstərəcəyini bildirib. O, müsabiqə iştirakçılarına bilik və bacarıqlarını davamlı olaraq təkmilləşdirməyi, qarşılarına böyük məqsədlər qoymağı və Azərbaycan dövlətinə layiqli xidmət göstərməyi tövsiyə edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə