Previous Next
Bağla

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" müzakirə edilib

17-06-2025 19:35
“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" müzakirə edilib

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" mövzusunda görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya yayımçılarının nümayəndələri, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda 11 aprel 2025-ci il tarixli dəyişikliklər və həmin Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri, televiziyalarda işarət dilinin tətbiqinin hazırkı vəziyyəti, ortaya çıxan problemlər və onların həlli yollarının müzakirəsi olub.

Açılış nitqi ilə çıxış edən Şuranın Aparat rəhbəri Fazil Novruzov inklüziv cəmiyyətin formalaşmasında, hamı üçün bərabər imkanlar yaradılması və yayımlanan informasiyanın hər kəs üçün əlçatan olması istiqamətində medianın, o cümlədən audiovizual medianın öhdəlikləri olduğunu qeyd edib. O bildirib ki, müasir dövrdə informasiya insan həyatının ayrılmaz hissəsidir: “Təhsil, səhiyyə, məşğulluq, hüquq və ictimai fəaliyyət sahələrində uğurlu iştirak üçün informasiyaya bərabər çıxışın həyati əhəmiyyət var. İnformasiya almaq hər bir insanın fundamental hüququdur. Bu hüququn təmin edilməsi yalnız texniki məsələ deyil, eyni zamanda, insan ləyaqətinin, bərabər imkanların və inklüziv cəmiyyət quruculuğunun əsas şərtidir”.

Sonra DOST Agentliyinin İdarə Heyətinin sədrinin müavini Aygün Musayeva çıxış edib. O, bu mövzuda keçirilən görüşlərin, tədbirlərin əhəmiyyətini vurğulayıb. Sədr müavini daha sonra əlilliyi olan şəxslərlə bağlı dövlət siyasəti, həmin şəxslərin cəmiyyətə qazandırılması istiqamətində görülən işlərdən danışıb, informasiyaya əlçatanlığın təmin edilməsi istiqamətində aparılan monitorinqlər və həmin monitorinqlərin nəticələri barədə məlumat verib.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov tam və ya qismən görmə, eşitmə və nitq məhdudiyyətli şəxslərin təhsilə cəlb edilməsi istiqamətində işlərin görüldüyünü, onların təhsillərinin davam etdirilməsi, idman, mədəniyyət və yaradıcılıq sahələrindəki bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət qurumları ilə koordinasiyalı fəaliyyətin qurulduğunu və bu əməkdaşlığın inkişaf etdirildiyini qeyd edib. Bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə qazandırılması istiqamətində media subyektləri və digər maraqlı tərəflərlə qarşılıqlı əməkdaşlığa daim hazırdırlar.

Daha sonra Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" mövzusunda təqdimatla çıxış edib. O, bu sahədə qanunvericilik aktları, beynəlxalq təcrübə, ölkədə fəaliyyət göstərən dövlət və ictimai yayımçıların məsuliyyəti və qanunvericiliklə tənzimləmə mexanizmləri ilə bağlı ətraflı məlumat verib.

Tədbir çıxış və təqdimatlardan sonra interaktiv müzakirələrlə davam edib. Audiovizual yayımçılar tərəfindən işarət dilinin tətbiqi, yayımçıların öhdəlikləri, bu istiqamətdə görülən işlər, prosesin icrası zamanı ortaya çıxan problemlər və digər məsələlər barədə ətraflı müzakirələr aparılıb, təkliflər verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fazil Novruzov: Əlilliyi olan şəxslər üçün informasiya əlçatan olmalıdır

17-06-2025

Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

21-05-2025

Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

21-02-2023

Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

24-02-2026

Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

25-04-2025

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025

Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

23-02-2022

Sərgi-satış portalı yaradılır

20-04-2022

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025

“Media haqqında” qanunun tətbiqi ilə bağlı görüş keçirilib

13-04-2022

Audiovizual Şura ilə Mərakeşin Ali Qurumu arasında Memorandum imzalanıb

18-12-2024

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin Əsasnaməsi təsdiq edilib

03-09-2024

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

“16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”

04-06-2024

Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

04-10-2024

Televiziya proqramları ilə bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub

14-02-2025

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025

Dezinformasiya və rəqəmsal media savadlılığı” seminarı keçirilib

21-09-2023

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Media subyektlərinin Reyestrdən çıxarılması halları müəyyənləşib

01-08-2025

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə