Previous Next
Bağla

“Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir”

12-11-2016 17:33
 “Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir”

Bu gün Bakıda “İnsan Resursları Forumu- 2016” adlı beynəlxalq forum işinə başlayıb. Toplantı insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr olunub. 

Forumun məqsədi insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin, Azərbaycanın elm, biznes və ümumi idarəetmə sahəsində insan qaynaqlarının idarə edilməsinə olan marağı artırmaq, bu sahənin əhəmiyyətini strateji mövqeyə çatdırmaqdan ibarətdir.

Xeberler.az-ın məlumatına görə, beynəlxalq miqyaslı tədbirdə telekommunikasiya sahəsini təmsil edən yeganə şirkət Azercell Telekom MMC olub. İki paneldən ibarət forumda tanınmış yerli və beynəlxalq qurumların rəhbərləri çıxış ediblər. Forumun 10 əsas spikerindən biri qismində Azercell-in prezidenti Vahid Mürsəliyev çıxış edib.

Azercell prezidenti bildirib ki, yarandığı ilk dövrlərdən etibarən Azercell-də İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur.

 

V.Mürsəliyev qeyd edib ki, bazarda stabil və möhkəm mövqeyə malik olan Azercell qlobal şirkətin bir hissəsi kimi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Bu, Azercell əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadilələri imkanları yaradır. Məsələn, Azercell-də yetişmiş mütəxəssislər indi Stokholmda, TS Avrasiya ofisinin yerləşdiyi İstanbulda, Özbəkistanda, Gürcüstanda expat olaraq fəaliyyət göstərirlər. Digər tərəfdən, Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir. Hazırda şirkətin elə əməkdaşları var ki, onlar öz sahəsində dünya üzrə 6-7 mütəxəssisdən biri sayılırlar.

Bir neçə ay öncə keçirilən İşəgötürən brendi araşdırmasının nəticəsində Azercell bazarda mövcud şirkətlər arasında 3 ən yaxşı işəgötürəndən biri hesab olunub. Azercell hələ 2006-cı ildən Investors in People - Insana Sərmayə Beynəlxalq Standartına uyğunluq sertifikatı əldə edib və hazırda Gümüş IIP sertifikatına sahibdir. Azercell TS Avrasiya üzrə əməyin mühafizəsinə dair OHSAS-sertifikasiyadan keçən 3 şirkətdən biridir.

Vahid Mürsəliyev şirkətdə mövcud olan əməkdaşlıq və qarşılıqlı yardım mühitinin daim yeni nailiyyətlər əldə etməyə imkan verdiyini vurğulayıb. Bu baxımdan, 2003-cü ildə yaradılan Azercell Akademiyası işçi heyətin inkişafında çox mühüm rol oynayıb. Burada həmçinin yerli bazarda bir sıra dövlət və özəl strukturlara təlimlər keçirilir.

Azercell Azərbaycanda ilk şirkətlərdəndir ki, əməkdaşlarına və onların ailə üzvlərinə tibbi sığorta təmin edib. Azərbaycanda telekommunikasiya bazarının lideri nəinki öz əməkdaşları, o cümlədən cəmiyyətin də inkişafına faydalı olan layihələr həyata keçirir. Bütün bu fəaliyyətlərin nəticəsi olaraq Azercell əməkdaşlarının şirkətə bağlılığı daim yüksək olaraq qalır. Ötən ilki sorğunun nəticələrinə görə, bu göstərici 87 % təşkil edib.

Qeyd edək ki, “İnsan Resursları- 2016” Forumunda insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və bu sahəni kurasiya edən yüksək vəzifəli şəxslər iştirak ediblər. Toplantıda beynəlxalq təcrübə ilə yerli qanunvericiliyinin vəhdətindən əmələ gələcək ən optimal insan resursları idarəçiliyi modellərinin formalaşması istiqamətində müzakirələr aparılıb.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell könüllü gənclərlə həmrəy oldu

Azercell könüllü gənclərlə həmrəy oldu

10-12-2018
"Azercell" PLATİN sertifikatına layiq görülüb

"Azercell" PLATİN sertifikatına layiq görülüb

30-01-2021
Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

02-11-2024
Azercell Bakıda keçirilən "Baku International HR Forum"-a dəstək olub

Azercell Bakıda keçirilən "Baku International HR Forum"-a dəstək olub

02-02-2022
Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018
“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010
Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

09-02-2019
Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir

Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir

23-12-2016
Vahid Mürsəliyev Azercell-in prezidenti təyin olundu

Vahid Mürsəliyev Azercell-in prezidenti təyin olundu

01-12-2015
“Xidmətlərimizin səviyyəsi Formula-1 yarışı kimi sürətli olacaq”

“Xidmətlərimizin səviyyəsi Formula-1 yarışı kimi sürətli olacaq”

13-04-2016
Azercell daha bir uğura imza atdı

Azercell daha bir uğura imza atdı

26-03-2019
Azercell-Lab-ın qalibləri elan edilib

Azercell-Lab-ın qalibləri elan edilib

24-07-2019
Azercell “İnsana Sərmayə” üzrə regionun lideridir

Azercell “İnsana Sərmayə” üzrə regionun lideridir

07-05-2015
Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

11-12-2024
 Azercell tələbələrə dəstək oldu

Azercell tələbələrə dəstək oldu

14-03-2018
Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019
Azercell  20 il çalışan işçilərini mükafatlandırıb- Foto

Azercell 20 il çalışan işçilərini mükafatlandırıb- Foto

15-12-2016
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

21-05-2026
Azercell tələbələrə dəstək olub

Azercell tələbələrə dəstək olub

16-10-2017
Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

03-06-2021
“Azercell telekommunikasiyanın inkişafına  68 milyon manat vəsait ayırıb”

“Azercell telekommunikasiyanın inkişafına 68 milyon manat vəsait ayırıb”

24-02-2016
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

24-04-2026
Azercell tələbələr üçün yeni imkanlar açır

Azercell tələbələr üçün yeni imkanlar açır

17-03-2022
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

19-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə