Previous Next
Bağla

“AzInTelecom” SİMA ilə bağlı banklarla görüş keçirib

16-03-2023 23:44
“AzInTelecom” SİMA ilə bağlı banklarla görüş keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “SİMA – istifadə sahələri, inkişaf perspektivləri və hüquqi aspektlər” mövzusunda işgüzar görüş keçirilib.

Tədbir “AzInTelecom”un hazırladığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın maliyyə sahəsində tətbiqi, hüquqi yanaşmalar, digər istifadə sahələri və rəqəmsal transformasiya fonunda SİMA ilə bağlı gələcək planlara həsr olunub.

Görüşdə Azərbaycan Mərkəzi Bankının və ölkədə fəaliyyət göstərən 23 bankın məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “AzInTelecom”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov SİMA yeni nəsil rəqəmsal imzanın cari tərəfdaşları və bu inteqrasiyalar nəticəsində vətəndaşlara təqdim edilən xidmətlər haqqında ətraflı məlumat verib. O, bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sisteminə inteqrasiyası ilə bağlı intensiv işlər aparılır: “Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. SİMA-nın üstünlüklərinin, xüsusilə əlçatanlığının həm xidmət təqdim edənləri, həm də vətəndaşları rəqəmsal xidmətlərdən istifadəyə təşviq etdiyinin və vətəndaş məmnunluğunu artırdığının şahidi oluruq”.

Qeyd edilib ki, SİMA-nın tətbiqi benefisiarlar üçün yeni imkanlar yaratmaqla yanaşı, həm də cari imkanları əvvəlkindən daha əlçatan edir. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb. SİMA yeni nəsil rəqəmsal imza vətəndaşlarımızın rəqəmsal transformasiya prosesindən daha çox faydalanmasını təmin etmək üçün hər gün inkişaf etdirilir.

“AzInTelecom”un əməkdaşı, SİMA üzrə məhsul sahibi Tamerlan Məşədihəsənli “SİMA – yeniliklər, bazardakı çətinliklər və gələcək planlar” mövzusunda təqdimat edərək fikirlərini bölüşüb, Hüquq və sənədlərə nəzarət departamentinin bölmə rəhbəri Günel Əlizadə isə “SİMA – gücləndirilmiş imza. Hüquqi aspektlər” mövzusunda çıxış edərək rəqəmsal imzanın tətbiqinin hüquqi əsasları ilə bağlı rəy bildirib.

Panel müzakirələrinin gedişatında “PAŞA Bank” ASC-nin Rəqəmsal fərdi bankçılıq məhsulları şöbəsinin rəhbəri Şəhla Məmmədova “SİMA-nın bank məhsullarında istifadəsi. “PAŞA Bank” təcrübəsi” mövzusunda çıxış edib. O qeyd edib ki, SİMA ilə inteqrasiyadan sonra aparılan analizlər nəticəsində məlum olub ki, rəqəmsal imza ilə çevik şəkildə həyata keçirilən proseslər nəticəsində kredit vermə müddəti 3 dəfə azalıb. Bankın nümayəndəsi həmçinin bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tətbiqi ilə müştəri itkisi göstəricisi 2 dəfə azalıb. Yekunda “PAŞA Bank”la əməkdaşlığın nəticəsi olaraq, SİMA yeni nəsil rəqəmsal imzanın daha yaxşı istifadəçi təcrübəsinin formalaşmasındakı və müştəri məmnuniyyətinin artmasındakı rolu vurğulanıb.

Görüşdə iştirakçıların sualları cavablandırılıb.

Vətəndaş məmnuniyyətinin yüksəldilməsi və fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşdirilməsi məqsədilə SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə ölkənin istənilən nöqtəsində yaşayan, internetə çıxış imkanı olan hər bir vətəndaşın olduğu yerdən rəqəmsal dövlət xidmətlərindən faydalanması təmin edilir. Rəqəmsal xidmətlərə əlçatanlığın artırılmasına töhfə verən SİMA rəqəmsal imzanın inkişafı məqsədilə təkmilləşdirmə və yeni imkanların əlavə edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

06-06-2023

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023

ərlər Siyasət İqtisadiyyat Cə SİMA ilə yeni bank hesablarının açılması sadələşdi

15-08-2023

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

Artıq “Azercell” abunəçiləri internetsiz SİMA-dan istifadə edə biləcəklər

09-08-2023

SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

08-08-2022

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə