Previous Next
Bağla

Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

05-03-2019 10:09
Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

Avropanın regional internet-qeydiyyatçısı - RIPE NCC özünün DNS (K-Root) özək serverini Azərbaycanda quraşdıracaq.

Xeberler.az  bildirir ki, bu barədə ONA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov deyib.

Qeyd edək ki, DNS server internet infrastrukturunun əsas hissəsidir və onun işə salınması qlobal təhlükəsizliyə töhfə verməklə internet şəbəkəsinin dayanıqlıq və sabitliyini daha da artıracaq.

Xidmət rəhbərinin sözlərinə görə, RIPE-nin serverinin ölkədə yerləşdirilməsi hazırda müzakirə mövzusudur və ilkin proqnoza əsasən, server bu il ərzində quraşdırılıb istifadəyə veriləcək.

Azərbaycanda ilk dəfə olaraq özək DNS serverinin (L-root) yerləşməsi ICANN (İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat) tərəfindən 2012-ci ildə quraşdırılıb ki, bu da ölkənin internet seqmentinin təhlükəsizliyinin təmini baxımından böyük əhəmiyyətə malikdir. Faktiki olaraq ICANN-ın serverində mövcud olan resurslar Azərbaycanda yerləşən serverdə də saxlanılır. Bu isə o deməkdir ki, internetlə hər hansı problem yaranarsa, bu, Azərbaycan internet şəbəkəsinin istifadəçilərinə heç bir təsir göstərməyəcək.

“Biz nəzarət edirik ki, server işləsin. Problem yarandığı halda isə onu həll edirik. Qeyd edim ki, ICANN-ın DNS serverinin genişləndirilməsi hazırda bizim planlarımıza daxildir”, - deyə xidmət rəhbəri qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün DNS zonası üçün kriptoqrafik açar dəyişdiriləcək

11-10-2018

ABŞ Hindistanda xüsusi serverlərini yerləşdirəcək

09-09-2015

Argentinada ICANN konfransı işə başlayıb

24-06-2015

Domen adları qeydiyyatçılarının sayı artıb

21-10-2015

İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

29-06-2019

“ICANN” prezidenti istefa verəcək

22-05-2015

“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

21-07-2023

Təhlükəsizlik Şurası Rusiya üçün ayrıca internet planına qərar verdi

30-10-2014

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-08-2013

İKTA və ICANN domen idarəçiliyini gücləndirən yol xəritəsi hazırlayacaq

10-12-2025

Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

10-09-2014

Avropa İttifaqı ABŞ-ın İnternet üzərində nəzarətinin məhdudlaşdırılmasını dəstəkləyib

16-06-2015

Ölkəmizdə kriptoqrafiya açarları dəyişdirilib

16-10-2018

“*.az” domen zonasında onlayn qeydiyyat sistemi istifadəyə veriləcək

12-03-2013

Ümumdünya internet-fəəlakətin qarşısı alındı

11-07-2008

Domenlərin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişilib

27-09-2019

Qeydiyyatdan keçən domenlərin sayı artır

03-07-2015

Diqqət virus var!!!

23-03-2009

Martın 31-də internet çökə bilər

29-03-2012

Azerfon-Vodafone və “DNS”-dən yeni təklif

24-12-2010

Domen qeydiyyatçıları üçün sığorta tələbi ləğv edilib

06-10-2015

Azərbaycanda pulsuz domen qeydiyyatı saytı yaradıldı

20-04-2016

ICANN yuxarı səviyyəli yeni domenlərin satışını təxirə salıb

25-03-2009

ABŞ internet üzərində nəzarət hüququndan 2015-ci ildə imtina edəcək

31-03-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə