Previous Next
Bağla

“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

06-06-2024 14:45
“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində artım qeydə alınıb. Aparılan sorğuların nəticələrinə əsasən, 2024-cü ilin ilk rübündə “Aztelekom”un regionlarda Müştəri Loyallığı İndeksi (Net Promoter Score ­– NPS) 2023-cü ilin son rübü ilə müqayisədə 21 bal, “Baktelecom”da isə 27 bal artıb. Qeyd edək ki, burada əsas təşviq faktoru internetin sürəti və sabitliyidir. Sorğuda vətəndaşların markalara – xidmətin keyfiyyətinə, qiymətlərə münasibəti öyrənilib və qurumlar müvafiq göstəricilərin inkişafı ilə diqqət çəkib.

Həmçinin müştəri sorğularının işlənməsi və cavablandırılmasının təkmilləşdirilməsi, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə yüksəksürətli, genişzolaqlı internet xidmətlərinin göstərilməsi, internet sürətinin daha yaxşı təmin edilməsi üçün şəbəkənin təkmilləşdirilməsi və il ərzində digər planlaşdırılmış strateji təşəbbüslər müştəri məmnuniyyətini təmin edən faktorlardır.

Məlumat üçün bildirək ki, NPS müştəri məmnuniyyətini ölçən və biznesin böyüməsini proqnozlaşdıran sistemdir və dünya miqyasında ən böyük şirkətlər ondan istifadə edirlər.

Müştərilərin rahatlığı və məmnunluğunu təmin etmək üçün müraciətlərin Avtomat Telefon Stansiyası (ATS) və filiallardan Çağrı Mərkəzi ilə yanaşı, müxtəlif onlayn platformalara yönləndirilməsi geniş şəkildə təşviq edilir.

Görülən işlərin nəticəsi olaraq, cari ilin ilk rübündə “Aztelekom”un saytı, müvafiq sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı vasitəsilə daxil olan 24 mindən çox sorğu emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83% çoxdur. Həmçinin şirkətin 24/7 rejimində fəaliyyət göstərən “170” Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin ilk rübü ərzində 240 minə yaxın zəng emal edilib. Bu da ötən ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 35% çoxdur.

Eyni zamanda cari ilin ilk rübündə “Baktelecom”un saytı, müvafiq sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı vasitəsilə daxil olan 12 minə qədər sorğu emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur.

Həmçinin qurumun 24/7 rejimində fəaliyyət göstərən “155” Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin ilk rübü ərzində 174 mindən çox zəng emal edilib.

Qeyd edək ki, ölkə ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkə qurulması işləri planlı şəkildə davam etdirilir. Layihənin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2,29 milyona çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 78%-ni təşkil edir. Layihənin icrasına başlanıldığı 2021-ci ildən etibarən Bakı şəhərində genişzolaqlı internetin əhatəsi 5 dəfə genişlənib və 0,99 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu, paytaxtda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-ni təşkil edir.

Əlavə olaraq bildirək ki, şirkət iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-yə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-yə qədər artırıb.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” onlayn platformalar üzərindən 24000 sorğu emal edib

14-05-2024

“Aztelekom”un Müştəri Loyallığı İndeksində müsbət 7 bal artım qeydə alınıb

12-02-2024

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyətini artırır

04-08-2023

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

Qobustan rayonunda təsərrüfatlar internetə çıxış imkanı əldə edib

02-04-2024

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

Ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

15-04-2024

Zaqatalada 52 faiz genişzolaqlı internetə çıxış imkanı təmin edilib

04-04-2024

Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

31-07-2024

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

Qobustan rayonunda təsərrüfatların 90%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

04-07-2024

Şəki rayonunda təsərrüfatların 98 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

20-05-2024

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023

“Aztelekom” Abşeron rayonunun 99 faizini yüksəksürətli internetlə əhatə edib

22-10-2024

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə