Previous Next
Bağla

Elektron resurslar təqdim edildi

15-12-2014 14:30
Elektron resurslar təqdim edildi

“İKT savadlılığının təmin edilməsinin ölkəyə verdiyi fayda,  istənilən sənaye yeniliyinin verdiyi faydadan bir neçə dəfə çoxdur. Məhz buna görə informasiya cəmiyyətlərində İKT-nin inkişafı  aparıcı amillərdən hesab edilir”.

Xeberler.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov nazirliyin dəstəyi ilə hazırlanmış elektron resursların təqdimat mərasimində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bu gün internet şəbəkəsinin genişlənməsi  Təhsil Nazirliyinin qarşısına  yeni tələblər qoyur. Bu məqsədlə e-resurs.edu.az portalı yaradılıb:

“Təhsilin informasiyalaşdırılması təhsildə elektron dərsliklərin istifadəsi üçün də geniş yol açır, elektron dərsliklərin öyrənmə prosesini fərdiləşdirməyə şərait yaradır.Sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları , bununla yanaşı qoballaşma prosesləri dünya ölkələrinin siyasi, sosial, iqtisadi inkişafına ciddi şəkildə təsir göstərir. Təbii olaraq bu konteksdə Azərbaycan da istisna deyil. Bu gün yaşadığımız əsr informasiya cəmiyyətinin yaranması ilə xarakterizə olunur və  belə bir cəmiyyətdə istehsalın əsas məhsuluna informasiya və səriştələr çevrilir. Son 10 il müddətində tədrisin informasiyalaşdırılması istiqamətində 2 dövlət proramı icra olunub, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ümumtəhsil müəsisələrində elektron sinif otaqları yaradılıb. Bu gün hər 18 şagirdə 1 kompüter düşür.  1765 təhsil müəssisəsi geniş zolaqlı internet şəbəkəsinə qoşulub . Və bu internet şəbəkəsinin genişlənməsi qarşıya  yeni maddi çağırışlar qoyur. Bu məqsədlə yeni yaradılan portalı yaradılıb”.

Mikayıl Cabbarov qeyd edib ki, portal vasitəsilə hər bir istifadəçi elektron dəsrliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar və digər təhsil resurslarına çıxış əldə edə bilər.

Nazir bununla yanaşı dərsliklərin məzmunlarının onu qane etmədiyini də bildirib: “Biz İKT-ni, İKT ilə təminatı, elektron resursları tətbiq etsək də, bunun kökündə yenə məzmun durur. Dərsliyin məzmununda olan səviyyə bizi qane etmirsə, onu İKT formatda təqdim etməklə biz mahiyyət problemini həll etmiş olmuruq.  Bu günə qədər məzmun məsələsini həll edə bilməmişik, keyifyyət bir tərəfə qalsın, müsabiqəyə çıxarılası bir dərslik əldə etmirik. Düzdür, müəyyən artım var, biz müəyyən işlər həyata keçirmişik, amma yenə də statistika onu göstərir ki, vəziyyət qənaetedici hesab edilə bilməz.

Ümumiyyətlə dərsliyin yaradılması üçün təklif belə verilməyən fənnlər var. 2012-ci ildə 2 ,  2013-cü ildə 3 , 2014-cü ildə 1 fənn üzrə ümumiyyətlə təklif verilməyib. Bu da əsasən xarici dillərdir. Bu o deməkdir ki, mövcud çərçivədə şagird-tədris proqramı təsis olunub: şagird məktəbə gəlməlidir və dərslik olmalıdır. Amma dərsliyin yaranması üçünümumiyyətlə təklif yoxdur. Dərslikləri ən yaxşı mütəxəssislər yaratmalıdır. Biz artıq bu istiqamətdə müvafiq təkliflərimizi hökümətə təqdim etmişik. Yaxın zamanlarda biz dərsliklərin yaradılmasında texnoloji prosesində də yeni nailiyyətlər əldə edəcəyik”.

Nazir çıxışı zamanı elektron dərsliklərin üstünlüklərindən də danışıb: “İnternetə çıxışı olan hər bir şəxs üçün dərslik əlçatandır və pulsuz əldə edilə bilər. Şagirdlər məktəbə kitab daşımaqdan azad olunur bu da müəyyən mənada  kiçik yaşlı uşaqların sağlamlığının qorunması üçün çox əhəmiyyətlidir. Ənənəvi dərsliklərdən fərqli olaraq e-dərsliklər interaktov məzmuna malikdir və bu da öyrənmə prosesini asanlaşdırır. Xaricdə yaşayan soydaşlarımız  dərsliklərdən istifadə edə biləcək”.

Mikayıl Cabbarov onu da vurğulayıb ki, ölkəmizdə elektron dərsliklərin hazırlanmasına bir qədər gec başlansa da, qısa müddət ərzində bu sahədə digər ölkələrdən daha əlçatan rahatlıqla istifadə oluna biləcək sistem yaradılıb.

Tədbirdə çıxış edən millət vəkili Bəxtiyar Əliyev elektron tədris resurslarının yaradılmasını təqdirə layiq hal kimi qiymətləndirib: “Bu gün gənc nəsli kompütersiz, internetsiz təsəvvür etmək mükün deyil. Ona görə də, təhsil sisteminə elektron resursların gətirilməsi şagirdlərin, tələbələrin interaktiv metodlar vasitəsilə yeni biliklərə yiyilənməsini və gələcəkdə onlar səriştəli kadr kimi hazırlanmasının təminatıdır. Bu gün sürətli internet qısa müddət ərzində həmin materiallarla fəal işləmək, şagirdlərin və tələbələrin müstəqil şəkildə tapşırıqlarını yerinə yetirməsinə , imkan yaradı4. Məktəblilər  məktəblilər üçün elə bir şərait yaradılıb ki, onlar özü də hiss etmədən böyük maraqla təlim resurlarından da istifadə edirlər”,deyə o əlavə edib.

Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev elektron resursları təqdim edib.O, bildirib ki, elektron resursları bir mənbədə yerləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər. Tədbirdə bir sıra elektron resurslar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər yerləşdirilib. Bu günə qədər 25 mindən artıq istifadəçi portaldan qeydiyyatdan keçərək elektron dərsliklərdən istifadə edir.

 Mirvari Nəcəf

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron resursların təqdimatı olacaq

11-12-2014

Dərsliklərin 33 faizi elektronlaşdırılıb

01-12-2015

Elektron dərsliklərin təbliği üçün mobil qrup yaradılıb

11-02-2016

Elektron dərsliklərdən istifadə edənlərin sayı açıqlanıb

01-10-2015

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011

Elektron dərsliklərin sayı artır

04-09-2015

Elektron dərsliklərlə bağlı növbəti təlim

11-12-2015

Elektron kitabların sayı 209-a çatıb

13-04-2018

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013

Bu gün 4 məktəbdə e-dərsliklə bağlı təlim olacaq

03-12-2015

“Elektron təhsil” start götürdü

02-04-2012

“Dərslik” portalının təqdimatı keçirilib

17-12-2013

Elektron dərsliklərlə bağlı növbəti təlim

10-12-2015

Təhsil məqsədləri üçün sosial şəbəkə sentyabrda istifadəyə veriləcək

16-07-2015

Milli Təhsil Portalında elektron resursların sayı artırılır

08-04-2013

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

Elektron dərslik portalına səsli materiallar əlavə edilib

25-05-2019

Təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar konfrans keçirilib

12-06-2009

“Elektron məktəb” layihəsi çərçivəsində Milli Təhsil Modeli formalaşır

13-02-2012

“Şagirdlər planşetlə dərsə gələcək”

15-09-2015

Bu gün 5 məktəbdə e-dərsliklə bağlı təlim olacaq

07-12-2015

VIII sinif dərsliklərinin elektron versiyası tam hazırdır

12-08-2015

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011

Bu gün 3 məktəbdə e-dərsliklə bağlı təlim keçirilib

08-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə