Previous Next
Bağla

“Dünyada operatorlar bir abunəçi cəlb etmək üçün gecə-gündüz çalışır”

19-09-2009 13:03
“Dünyada operatorlar bir abunəçi cəlb etmək üçün gecə-gündüz çalışır”

CATEL MMC-nin tətbiq etdiyi əcaib rüsumla bağlı yazmışıq. Xatırladaq ki, şirkətin bir tarif paketindən digərinə keçid üçün abunəçilərdən 10 manat “rüsum” alması yazıda tənqid obyekti olmuşdu. Həmçinin yazıda bunu soyğunçuluq adlandırmışıq.

CATEL MMC-nin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini Günel Heydərovanın imzası ilə redaksiyamıza ünvanlanan məktubda isə qeyri-peşəkarlıqda, obyektiv yazı yazmamaqda suçlanmışıq.Məktubda şirkətin 30 iyun 2009-cu il tarixdə stasionar simsiz (CDMA) telefon xidməti abonentləri üçün yeni “Universal-10\" tarif paketini təqdim etdiyi qeyd olunur.

Həmçinin bildirilir ki, bu tarif paketinə qoşulma haqqı həm mövcud, həm də yeni abonentlər üçün 10 AZN təyin olunub: ”Bununla da, “Universal” tarif paketində aylıq abunə haqqı 20 AZN olan və mobil nömrələrə daha az zəng edən abonentlər üçün “Universal-10\" tarif paketinə keçmək daha sərfəli oldu”. Yeni tarif paketinin üstünlüklərindən bəhs edən xanım Heydərova sual edir: “İndi siz özünüz deyin, bu əcaib və yaxud soyğunçuluqdurmu?”

Cavab məktubunda bir tarif paketindən digərinə keçməkdən ötrü abunəçilərdən nə üçün 10 manat alınmasına aydınlıq gətirilməsə də, sonradan Günel xanımla əlaqə saxladıqda qəribə cavab aldıq. Sən demə, 10 manatlıq “rüsum” “Universal” tarif paketindən “Universal-10\" tarif paketinə axının qarşısını almaq məqsədilə tətbiq edilirmiş. Bu, nə dərəcədə düzgün siyasətdir?

“Əgər doğrudan da sizə bu cür cavab verilibsə, mən bunu telekommunikasiya sektorunda görünməmiş izahat kimi qiymətləndirirəm”. Bunu yaranmış durumu qəzetimizə şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dedi. Onun sözlərinə görə, “CATEL” özəl şirkət olduğu üçün keyfiyyətli xidmət göstərməyə və daha çox pul qazanmağa maraqlı olmalıdır: “Görünür, onlar öz informasiya sistemlərini dayanıqlı və keyfiyyətli xidmət göstərmək istiqamətində qurmayıblar. Hər bir telekommunikasiya sistemi müəyyən infrastrukturdan ibarətdir. Yəni bunun baza stansiyaları, daxili proqram təminatı və s. var. Bunlar həmişə müştərilərin sayına uyğun olaraq hesablanır. Yəqin ”CATEL\" yeni tarif paketini müştərilərin sayına uyğunlaşdırmayıb, az sayda kontingent üçün hesablayıb. Bunlar hansısa xidmət göstərəndə qorxurlar ki, hamı ondan istifadə edəcək və sistem çökəcək. Kifayət qədər məntiqsiz yanaşmadı, mən təəssüf edirəm\".

Osman Gündüzün sözlərinə görə, hər hansı xidmət təqdim olunarkən müştəri əsas götürülməlidir, nəinki şirkətin öz sistemi: “Öz sistemlərini qorumaq siyasəti yürüdürlər, bu da yolverilməzdir. Özəl şirkətlər daha çox abunəçi haqda düşünməlidirlər. O dövlət qurumlarıdır ki, məhdud sayda xidmət kifayət edir. Dünyada bu sahədə siyasət belədir ki, operatorlar çalışırlar ki, xidmətlərin və müştərilərinin sayı çox olsun, tarif aşağı.

Bizdə ümumiyyətlə, telekommunikasiya sektorunda yanaşma dünyadan tamam fərqlidir. Burada prinsip belədir: müştərim məhdud, tarif yüksək, xidmətlərin sayı da az olsun. Neçə illərdir bu cür yanaşma mövcuddur, dəyişmir də. Dünyada operatorlar bir abunəçi cəlb etmək üçün gecə-gündüz çalışır, fərdi xidmətlər tətbiq edir”. Həmsöhbətimizin fikrincə, bunun kökü müvafiq siyasətin düzgün qurulmamasındadır. Mütəxəssisə görə, özəl şirkətlər bu məqamda sərbəstdirlər: “Bazarda oyun qaydaları tənzimlənməlidir.

Bütün neqativliklərin nəticəsində istehlakçının hüquqları tapdanır. Azərbaycanda telekommunikasiya sahəsi istehlakçıların hüquqları çox pis qorunan sahəyə çevrilib. Təsəvvür edin ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həm kommersiya səlahiyyətlərini, həm tənzimləməni, həm də istehlakçıların hüquqlarının qorunmasını həyata keçirir. Bu sahədə dövlət siyasətini həyata keçirən qurumun səlahiyyətlərinə aydınlıq gətirilməlidir. Yoxsa vəziyyət bu cür də davam edəcək”.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell abunəçiləri üçün daha bir yenilik edib

22-09-2016

Azercell «Super BizdənBizə» tarif paketində dəyişikliklər edib

05-09-2009

Azercell “Hədsiz” tarif paketində yenilik edib

04-10-2016

Ailə TV kanallar paketi yenilənəcək

05-08-2015

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

15-11-2022

“Azerfon-Vodafone” yeni tarif planı tətbiq edib

15-07-2010

Nar Mobile yeni Tarif Planı təqdim etdi!

05-02-2009

Azercell bəzi tarif paketlərinə qoşulmanı dayandırır

15-09-2015

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

“CityNet”dən əlverişli Payız kampaniyası davam edir

06-10-2021

"Azercell" rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək

29-04-2020

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Azercell-dən GəncOL8 tarif paketinə qoşulan abunəçilərinə HƏDİYYƏ İNTERNET

12-09-2018

Azercell yenilənmiş GəncOl tarif paketini təqdim edir

06-05-2019

Azərbaycanda ev telefonlarında dəqiqə hesabı ödəniş olacaq?!

22-01-2011

«Azercell» mobil rabitə tariflərini endirib

19-06-2009

“CityNet"dən Payız kampaniyası

15-09-2021

Gənc OL abunəçiləri üçün endirim kampaniyaları

29-12-2015

SimSim abunəçiləri üçün 40 faizlik endirim

03-02-2016

Gənc Ol tarifi ilə 60-dan çox məkanda 50 faizə qədər endirim

19-04-2016

Gənc OL ilə 55 məkanda 50 faizə qədər endirim

07-03-2016

Azercell-dən yenilik

09-12-2015

Nar korporativ tarif planlarını daha sərfəli etdi

11-06-2018

Ev telefonu çəkdirmək 30 manata başa gələcək

06-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə