Previous Next
Bağla

İnternet resursları Misirdə nümayişlərin gedişatına nə dərəcədə təsir edir?

07-02-2011 16:27
İnternet resursları Misirdə nümayişlərin gedişatına nə dərəcədə təsir edir?

Verilən məlumata görə, Misirdə hökumət əleyhinə keçirilən nümayişlərə dəstək verən "Google" şirkətinin idarəçilərindən biri dünən həbs edilib. Əslən misirli olan sahibkar və "Google" şirkətinin bu ölkədəki top-meneceri Vael Qoneimin yeri məlum olub. O, yanvar ayınnın 27-dən yoxa çıxmışdı. Yaxınları onu sonuncu dəfə yanvarın 27-də keçirilən nümayişlərdə görüblər. Dünən məlum olub ki, o, nümayişlər zamanı həbs edilib. Vaelin bu gün azadlığa buraxılacağı bildirilir. Misir hökuməti isə, tezliklə “Google” icraçısının azadlığa buraxılacağını bəyan edib.

Bu arada qeyd edək ki, “Google” şirkəti Misirdə nümayişlər başlayan vaxtdan məlumtların dünya KİV-lərinə çatdırılması üçün xidmətlər göstərib. Misirlilərin insanları nümayişlərə yığmaq üçün ən çox istifadə etdikləri “Tvitter” mikrobloqu da xalq etirazları zamanı böyük xidmətlər göstərib. “Quql” (Google) şirkəti isə internetdən tamamilə məhrum edilmiş Misir əhalisi üçün internetə çıxış olmadan məlumatların “Tvitter” mikrobloquna ötürülmə xidmətini yaratmışdı.

Ümumilikdə demək olar ki, əksər dünya ölkələrində ciddi xalq nümayişləri zamanı iinternet şəbəkələri böyük rol oyanıyr. Belə ki, iki il öncə Çində uyğurların hakimiyyətə qarşı etirazları zamanı da onların ən əsas dəstəkləyicisi sosial şəbəkələr və digər internet resursları olub. Bəlkə də elə ona görə, müəyyən ölkədə nümayişlər başlayan zaman hakimiyyətlər ilk növbədə interneti məhdudlaşdırmağa çalışır.

“Deyerler.org”a bununla bağlı münasibət bildiriən gənc bloqçu Əli Novruzov hesab edir ki, bu və ya digər sosial şəbəkə və ya bloqlar hər hansı ölkələrdə nümayişlərə ciddi dəstək vermək gücündə deyil: “Bildiyiniz kimi, Misirdə nümayişlər başlanan zaman internet hakimiyyət tərəfindən dayandırılmışdı. Bu qorxu hakimiyyətdə var idi. Lakin bu, o demək deyildi ki, xalq internet şəbəkələri vasitəsilə nümayişlərə qalxa bilər. Təbii ki, onlar informasiyaların yayılmasında böyük rol oynayır. Lakin nümayişlərin gedişatına ciddi təsir göstərmir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Facebook" və "Twitter" diktatorları devirir

29-01-2011

Hakerlər Misir hakimiyyətinin saytlarını dağıdıb

03-02-2011

Azərbaycanlılar Google-da nə edirlər?

04-07-2011

Misirli inqilabçı qızının adını Facebook qoyub

21-02-2011

Misir inqilabında internetin rolu

22-02-2011

İnternet nəhənginə 2 mindən çox yeni işçi lazımdır

22-11-2010

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013

Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

29-08-2008

Google şirkəti Google Docs`da boşluqların olduğunu etiraf etdi

11-03-2009

Google bu il 6 min 200 adamı işə götürəcək

27-01-2011

Google şirkəti hakerləri mükafatlandırdı

18-01-2011

‘İnternetə, sosial şəbəkələrə qadağaya heç bir ehtiyac yoxdur’

13-03-2013

Çinlilərin “Google Earth” ilə tanış olun

26-10-2010

“Freedom House”: “Azərbaycanda internet senzurası hökm sürür”

18-04-2011

“Google” “Facebook” u rəqib saymır

28-09-2010

«Facebook» «Google»ni geridə qoydu

19-09-2010

“Google TV” ilin sonuna kimi istifadəyə veriləcək

09-09-2010

İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

22-07-2010

"Facebook" "Google" ilə əməkdaşlıqdan imtina etdi

01-06-2011

İnternet, mobil və ictimai mediada partlayış - ARAŞDIRMA

20-12-2010

Google Rusiya və İspaniyada niyə dayanır?

16-12-2014

Google da harda axtarmağı soruşarmış

22-01-2009

Əlcəzair hökuməti İnterneti qadağan etdi

13-02-2011

İnternet dünyasında inhisarlaşma yaranıb

15-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə