Previous Next
Bağla

Freedom House yenə də Azərbaycan internetini qismən azad hesab edib- Ekspert rəyi

04-11-2015 15:47
Freedom House  yenə də Azərbaycan  internetini qismən azad hesab edib- Ekspert rəyi

Freedom House təşkilatı növbəti “Freedom on the Net 2015” ( İnternetdə azadlıq 2015 ) hesabatını açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, hesabat  dünya üzrə 88 faiz internet istifadəçilərinin yaşadığı 65 ölkəni əhatə edib.

Qiymətləndirmə əsasən “İnternetə girişə məhdudiyyət”, “İnformasiyalara məhdudiyyət” və “İstifadəçilərin hüquqlarının pozulması” istiqamətləri üzrə dəyərləndirmə əsasında verilən ballar üzrə aparılıb.
Hər bir istiqamət üzrə ən yaxşı vəziyyət 0 bal və ən pis vəziyyət isə müvafiq olaraq 25, 35 və 40 bal olmaqla qiymətləndirilib.

Qiymətləndirmə baxımından ölkələr 3 qrupa bölünüb : azad, qismən azad və azad olmayan ölkələr.

Hesabatda dünya üzrə internetdə yayılan informasiyalara qarşı məhdudiyyətlərin artmasının müşahidə olunduğu vurğulanıb.  

Hesabatda bildirilib ki, bütün dünyada hökumətlərin ictimai əhəmiyyətli informasiyalara daha çox senzura tətbiq etməsi və informasiyalara məhdudiyyət qoyması səbəbindən internet azadlığı ardıcıl beşinci ildir ki azalıb.
Hesabatda 65 ölkənin 42-də bu cür halların müşahidə olunduğu bildirilib. Ötən il  isə bu rəqəmin 37 olduğu qeyd edilirdi.

65 ölkənin 14-da isə internetdəki fəaliyyətlə bağlı istifadəçilərin internetdə izlənməsi ilə  bağlı qanunvericiliyin və izlənmə tədbirlərinin  sərtləşdiyi qeyd edilib.

65 ölkənin 40-da internet istifadəçilərinin internetdəki fəaliyyətlərinə görə təqiblərə məruz qaldığı  vurğulanıb.

Qiymətləndirmənin yekunu olaraq internet azadlığı üzrə ölkələrin reytinqi hazırlanıb.

İnternet azadlığı  baxımından Azərbaycan bu siyahıda   56 bal toplamaqla qismən azad  ölkələr sırasına daxil edilib.

Reytinqi hazırlayanların fikirinə görə, Azərbaycan “İnternetə girişin məhdudlaşdılması” üzrə - 13  bal, “İnformasiyalara məhdudiyyət” üzrə 19 bal və “İstifadəçilərin hüquqlarının pozulması” üzrə isə 24 bal qazanıb. Yekun olaraq 56 bal toplayıb . ( "0" bal - ən yaxşı vəziyyət, 100 bal ən pis vəziyyət)

Xeberler.az bildirir ki, 2014-cü ilin iyun ayından 2015-ci ilin may ayına qədər olan dövrü əhatə edən hesabatın Azərbaycanla bağlı hissəsində əhalinin 61 faizinin  internet istifadəçisi olduğu,  internetin son dövrlərdə inkişaf etdiyi, genişləndiyi, sosial medianın azad olması qeyd olunsa da,  problemlər daha çox qabardılıb.

Belə ki, Freedom House qurumu hesabatda Azərbaycanda bəzən internetə girişin əngəlləndiyini, internet sahəsində contentə məhdudiyyətlərin tətbiq olunduğunu, onlayn mühitdə təhqir və böhtanla bağlı sərt yanaşma olduğunu,  internet istifadəçiləriniin hüquqlarının pozulduğunu və s. qeyd edib.

Hesabatı hazırlayanlar həmçinin  internet qiymətlərinin baha olması və keyfiyyətinin qənaətbəxş olmadığını, ölkədə əsas internet trafikinin yalnız bir  backbone provayderdə olmasını,  3 dövlət provayderinin fəaliyyət göstərdiyini  qeyd ediliblər.

Xeberler.az məlumatına görə Freedom House qurumuna görə Azərbaycan internetindəki vəziyyət əvvəlki illərlə müqayisədə pisləşməyə doğru gedib. 

Belə ki, bu qurumun hazırladığı internet azadlığı ilə bağlı reytinq cədvəlində Azərbaycanın topladığı ballar əvvəlki illərə nisbətən hazırda daha pis olub ( 2012 (50 bal), 2013 (52 bal), 2014 (55 bal) , 2015(56 bal)).  

Hesabatın tam mətnini buradan əldə etmək olar.

Hesabatla bağlı Xeberler.az Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün də münasibətini öyrənib.

Osman Gündüz  hesab edir ki, hesabatda Azərbaycana qarşı sərt yanaşma ortaya qoyulub:

“Hətta deyərdim ki, reytinqdə Azərbaycanla yanaşı olan ölkələrdəki vəziyyəti  müqayisə etsək ,demək olar ki, bir qədər də qərəzli və qısqanc yanaşma var. Əlbəttə, bizdə də problemlər var. Hesabatda hətta Azərbaycandakı internetlə bağlı vəziyyətlə əlaqədar mənim mediada, TV-də olan açıqlamalarımdan da istifadə edilib”.

Forum rəhbəri qeyd edib ki, ümumən götürəndə bizdəki internet problemləri daha çox iqtisadi, texniki -texnoloji xarakterlidir, nəinki siyası:

“Yəni,  bizdə  keyfiyyətli internetə əlçatımlıq siyasi motivlərlə deyil, daha çox iqtisadi motivlərlə bağlıdır. İnternetin bahalığı da düşünürəm ki, bazarla, iqtisadi faktorlarla bağlıdır, nəinki  siyasidir”.

Osman Gündüz bildirib ki, hesabatda həm də çox köhnəlmiş məlumatlardan istifadə  edilib:

“Nə vaxtsa Naxçıvanda bir kafedə internet bağlanıbsa, bunu internetə girişin əngəllənməsi kimi dəyərləndirmək olmazdı. Təsəvvür edin ki,  2007-ci  və 2010-cu ildə həqiqətən də bəzi məhdudiyyətlər olan  saytlar olub, lakin onu indiki
hesabata nə üçün salıblar anlamıram. Və ya 2009-cu ildə  bəzi internet fəalları ilə bağlı olan problemləri yenidən bu hesabatda nə üçün qabardılması anlaşılmazdı”.

Osman Gündüz deyib ki, həqiqətən də bizdə təhsil sistemində kontentin filtrasiyası (süzgəclənməsi) təşkil olunur və bütün dünyada təhsil sistemində bu, belədir.

Onun sözlərinə görə, bunu Azərbaycanla bağlı hesabata mənfi hal olaraq daxil edilməsi yolverilməzdir:

“İnternet istifadəçilərin sayı ilə bağlı statistika köhnədir. Həmçinin də ölkələrə münasibətdə də ədalətsizlik hiss olunur. Təsəvvür edin ki, Rusiyada məhkəməsiz saytlar bağlana bilir, Türkiyədə sosial mediaya ciddi məhdudiyyətlər qoyulub, Afrika ölkələrindəki vəziyyəti iştirak etdiyim beynəlxaq tədbirlərdən bilirəm ki, hansı vəziyyətdədirlər. Amma  bu ölkələrin  topladığı ballarla Azərbaycanın topladığı ballar az qala eynidir. Bu, hesabatın Azərbaycanla bağlı hissəsinin obyektivliyini, müstəqilliyini  şübhə altına qoyur”.

Osman Gündüz onu da bildirib ki, Azərbaycan internetində problemlər olsa da , təəssüf ki, Freedom House tərəfindən bunların dəyərləndirilməsi və buna uyğun hesabatın hazırlanmasında tez–tez bizə qarşı  ədalətsiziliyi müşahidə edirik. 

Murad Məmmədzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZƏRBAYCANDA ƏHALİNİN 12 FAİZİ İNTERNETƏ QOŞULA BİLİR

28-04-2011

Azərbaycan interneti qismən-azad ölkələr arasındadı

20-04-2011

“Freedom House”: “Azərbaycanda internet senzurası hökm sürür”

18-04-2011

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026

Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

17-02-2021

Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

22-02-2020

“Freedom House-un Azərbaycan interneti ilə bağlı dedikləri gülüncdür”

20-09-2016

Ekspert: Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb

16-08-2019

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023

Azərbaycan hakimiyyəti internetə nəzarət etməyə cəhd edir?

18-11-2010

Universitetə qəbul olan robot

30-11-2015

Ekspert: Nə üçün geriləmişik?

03-10-2022

Freedom House: Azərbaycanda internet qismən azaddır

25-09-2012

Ekspert: 50 faiz şagird imtahanda bu fəndən sıfır bal toplayıb

31-12-2020

“Azərbaycanın internet bazarında planlı rəqabət gedir”

01-03-2016

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009

Qeydiyyat üçün Facebook-u seçənlərin sayı artıb

06-04-2015

Texniki və texnoloji ixtisaslara qəbul olmaq çətinləşəcək

19-11-2015

Ən sürətli smartfon hasıdır?

24-08-2017

AİF Azərbaycanda internetin hazırkı durumu ilə əlaqədar açıqlama yayıb

06-03-2009

"Halal internet"lə haram əməllər

28-04-2011

700 bal toplayanlar 4 illik pulsuz internet əldə edəcək

29-06-2016

Respublika fənn olimpiadalarının informatika üzrə rayon turu keçirilib

12-01-2026

Ən yaxşı kameralı smartfon açıqlandı

02-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə