Previous Next
Bağla

Freedom House: Azərbaycanda internet qismən azaddır

25-09-2012 18:11
 Freedom House: Azərbaycanda internet qismən azaddır
 Azərbaycan internetin “qismən azad” olduğu ölkədir, deyə Amerikanın Freedom House hüquq müdafiə təşkilatının dərc etdiyi illik məruzədə deyilir.

Araşdırma 47 dövləti əhatə edib. Bu dövlətlər üç qrupa bölünüb: azad, qismən azad və qeyri-azad. Bu və ya digər qrupa mənsubluq hakimiyyətin internetdə informasiya axınının idarə edilməsi üzrə fəallığı ilə müəyyən edilir.

Azad ölkələr: Estoniya, ABŞ, Almaniya, Avstraliya, Macarıstan, İtaliya, Filippin, Böyük Britaniya, Argentina, CAR, Braziliya, Ukrayna, Keniya, Gürcüstan.

Qismən azad ölkələr: Nigeriya, Cənubi Koreya, Uqanda, Qırğızıstan, Meksika, Hindistan, İndoneziya, Liviya, Malayziya, İordaniya, Tunis, Türkiyə, Venesuela, Azərbaycan, Ruanda, Rusiya, Zimbabve, Şri-Lanka, Qazaxıstan, Misir.

Qeyri-azad ölkələr: Tailand, Pakistan, Belarus, Bəhreyn, Səudiyyə Ərəbistanı, Vyetnam, Birma, Efiopiya, Özbəkistan, Suriya, Çin, Kuba, İran.

Beynəlxalq Elektrorabitə İttifaqının (BEİ) məlumatına görə, 2011-ci ildə Azərbaycan əhalisinin 50%-nin İnternetə çıxışı var idi.

Geniş zolaqlı İnternet istifadəçilərinin sayı 2006-cı ildə 4000 nəfərdən 2011-ci ildə demək olar ki, bir milyona çatıb. Bununla belə, Bakı hüdudlarından kənarda sakinlərin internetə çıxışı həddindən artıq məhduddur.

İnternet-provayderlərin xidmətlərinin qiymətləri 2011-ci ildə 25%-dən 50%-ə qədər azaldılıb, lakin bir çox vətəndaşlar üçün əlçatmaz olaraq qalır.

Hökumətin nəzarətində olan Delta Telecom (əvvəlki adı AzərSat) ən böyük provayderdir və təxminən 40 özəl provayderə İnternet satır.

Ən böyük dövlət provayderi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus Aztelekom-dur. Aztelekom-un rolu artdıqca İKT üzərində dövlət nəzarəti daha da aşkar olur.

2007-ci ildən bloqların sayı artmağa başlayıb, 2011-ci ildə də davam edib və hazırda 27000-ə çatıb.

Onlardan başqa, Azərbaycanda ondan çox internet radiostansiyası və telekanal var və 100 000-dən çox istifadəçi İnternet tv-yə baxır.

Azərbaycanda jurnalistlərin və vətəndaşların İnternetdə fəaliyyətlərinə görə təqibi təmayülünün artdığı müşahidə olunur. Söz azadlığını boğmaq və həm ənənəvi KİV-lərdə, həm də İnternetdə tənqidi səsləri susdurmaq üçün Azərbaycan hakimiyyəti tənqidçiləri onların işi ilə bağlı olmayan – böhtan, qanunsuz narkotik saxlamaq və s. ittihamlarla saxlayır. Bu təmayül 2011-ci ilin mart-aprel aylarında xüsusilə nəzərə çarpırdı, yüzlərlə nümayişçi hökumətdə korrupsiyaya etiraz əlaməti olaraq, ədalətli seçkilər və insan hüquqlarına hörmət tələbi ilə Bakı küçələrinə çıxdı. Həmin vaxt fəal etirazlara çağıran bir neçə bloger həbs edildi.

Quba şəhərində 1 mart 2012-ci etirazlarının nəticəsi olaraq böyük bir qrup həbs edildi. Onlar arasında YouTube-da icra hakimiyyətinin yerli sakinləri təhqir etdiyi videonu yaymaqla iğtişaşlara səbəb olmaqda ittiham olunan Xəyal TV-nin iki jurnalisti də var idi.

İnternetdə və sosial şəbəkələrdə jurnalistlərin nəşrlərinə və ifadələrinə görə təqibə və şantaja məruz qalması üzrə başqa faktlar da olub. Bu proses 2012-ci ilin may ayında Eurovision müsabiqəsinin keçirilməsi zamanı növbəti dəfə güclənib.

2011-ci il ərzində bəzi müxalif xəbər saytları müntəzəm hücumlara məruz qaldı ki, bu da onların müvəqqəti bağlanmasına səbəb oldu.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan interneti qismən-azad ölkələr arasındadı

20-04-2011

Azərbaycan senzuralı İnterneti olan ölkələr siyahısına daxil edilib

04-11-2008

AZƏRBAYCANDA ƏHALİNİN 12 FAİZİ İNTERNETƏ QOŞULA BİLİR

28-04-2011

İnternet düşməni olan ölkələr

12-03-2009

“Freedom House”: “Azərbaycanda internet senzurası hökm sürür”

18-04-2011

İnternet, mobil və ictimai mediada partlayış - ARAŞDIRMA

20-12-2010

İnternetə girişin orta sürəti bütün dünyada 14% azalıb

20-05-2012

Twitter servisinin istifadəçilərinin sayı 200 milyona çatıb

29-01-2011

Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib

20-11-2013

Azərbaycan internet istifadəçilərinin sayına görə Ermənistanı 18 dəfə üstələyir

29-07-2010

ABŞ internet üzərində nəzarət hüququndan 2015-ci ildə imtina edəcək

31-03-2014

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012

Media və İKT mövzusunda dəyirmi masa keçirilib

17-03-2011

Freedom House yenə də Azərbaycan internetini qismən azad hesab edib- Ekspert rəyi

04-11-2015

Azərbaycan əhalisinin yarısı internetdən istifadə edir

24-12-2010

Azərbaycanda texnoparkların iştirakçıları üçün güzəştli şərtlər tədbiq edir

10-04-2013

Azərbaycanda «Facebook» istifadəçilərinin sayı ötən ay 12% artıb

07-02-2011

“Trend”in 15 yaşı tamam oldu

04-10-2010

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013

İnternet trafiki nə vaxt daha sıx və seyrək olur?

05-09-2009

Kompyuter erası bitir?

16-12-2010

Əli Abbasov: “Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir”

01-03-2013

"Freedom House" təmsilçisi: "Bloggerlər cinayətkar yox, qurbandırlar"

12-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə