Previous Next
Bağla

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025 11:52
Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda ETN tərəfindən maliyyələşdirilən “Kibersuveren dövlətin formalaşdırılması və onun informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” adlı elmi-tədqiqat layihəsi üzrə cari ildə görülən işlərin müzakirəsinə həsr olunmuş növbəti seminar keçirilib.

Xeberler.az bildirir ki, iclasda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək institutda kibersuverenliyin müxtəlif problemlərinin araşdırılması istiqamətində məqsədyönlü fəaliyyətə başlanıldığını qeyd edib. Alim müasir dövrdə rəqəmsal dövlətin kibersuverenliyinə yönələn daxili və xarici təhlükələrin mənbəyinin müəyyənləşdirilməsi, onların aradan qaldırılması istiqamətində tədqiqatların aparılmasının böyük aktuallıq kəsb etdiyini vurğulayıb. 

Akademik Rasim Əliquliyev institutda fəaliyyət göstərən alim və mütəxəssislərə kibersuverenliyin yaratdığı təhlükələr və risklərlə bağlı çoxaspektli tədqiqatlar aparmağı tövsiyə edib, əldə olunan elmi nəticələrin nüfuzlu beynəlxalq jurnallarda dərc olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin cari ilin noyabr ayında “Konstitusiya və suverenlik ili” və Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş “Dövlətin kibersuverenliyinin təmin olunmasının aktual elmi-nəzəri və praktiki problemləri” mövzusunda elmi sessiyaya hazırlıqla bağlı müzakirələr aparılıb, yüksək keyfiyyətli məruzələrin hazırlanmasına dair təklif və tövsiyələr səsləndirilib.

Sonra layihə iştirakçıları ilin II və III rüblərində yerinə yetirilmiş işlər barədə hesabat təqdim ediblər. Tədqiqat istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Akademik Rasim Əliquliyev müzakirəyə çıxarılan elmi problemlərlə bağlı təklif və tövsiyələrini irəli sürüb, layihə çərçivəsində aparılan tədqiqatların ölkə elminin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

"Rəqəmsal dövlət kontekstində kibersuverenlik" müzakirə olunub

25-09-2025

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə