Previous Next
Bağla

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika üzrə konfrans keçiriləcək

17-03-2026 17:13
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika üzrə konfrans keçiriləcək

03 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti-nin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki UniversitetiAzərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası-nın birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” mövzusunda respublika elmi-praktiki konfrans keçiriləcək.

Xeberler.az bildirir ki, konfransın əsas məqsədi kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahələrində aktual elmi-praktiki problemlərin müzakirəsi üçün intellektual platforma yaratmaq, ölkədə bu istiqamətlər üzrə aparılan fundamental və tətbiqi tədqiqatların mövcud vəziyyətini dəyərləndirmək, həmçinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.

Tədbir çərçivəsində kibertəhlükəsizliyin elmi-nəzəri əsasları və qabaqcıl texnologiyalar, müasir informasiya sistemlərinin təhlükəsizliyi, kiberhücumların aşkarlanması, kibertəhdidlərin analizi, hüquqi və etik məsələlər, kritik informasiya infrastrukturlarının qorunması, eləcə də kibertəhlükəsizlik sahəsində təhsil və innovasiya mövzuları müzakirə olunacaq. Bununla yanaşı, rəqəmsal kriminalistika üzrə süni intellekt texnologiyaları, rəqəmsal sübutların toplanması və analizi, kibercinayətlərin araşdırılması, rəqəmsal identifikasiya, informasiya müharibəsi və digər aktual istiqamətlər də konfransın gündəliyinə daxildir.

Konfransa təqdim olunacaq məruzələr Azərbaycan, ingilis və ya rus dillərində qəbul edilir. Elmi işlərdə mövzunun aktuallığı, problemin qoyuluşu, həlli yolları və əldə olunan nəticələrin elmi-praktiki əhəmiyyəti öz əksini tapmalıdır. Məruzələrin həcmi minimum 4 səhifə olmaqla IEEE standartlarına uyğun hazırlanmalı və elektron formada təqdim edilməlidir.

Məruzələrin qəbulu üçün son tarix 25 aprel 2026-cı il, elmi ekspertiza nəticələrinin açıqlanması isə 12 may 2026-cı il tarixidir. Konfransın əsas iş günü isə 03 iyun 2026-cı il olaraq müəyyən edilib.

Məruzələr elektron şəkildə [email protected] ünvanına göndərilməlidir. Məruzəçilər təqdimat üçün MS PowerPoint proqramında “On-screen Show” formatında slaydlar hazırlamalıdırlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
BakuTel sərgisində elmi-praktik konfrans təşkil olunacaq

BakuTel sərgisində elmi-praktik konfrans təşkil olunacaq

27-10-2015
İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024
“Bakuтel”-də “Elektron dövlət quruculuğu problemləri” konfransı keçiriləcək

“Bakuтel”-də “Elektron dövlət quruculuğu problemləri” konfransı keçiriləcək

02-12-2014
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026
“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024
Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

04-06-2026
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015
İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

01-02-2023
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024
“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

29-04-2026
Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026
İnformasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq

13-01-2015
ETX “JSAC 2026” beynəlxalq tədbirində təmsil olunub

ETX “JSAC 2026” beynəlxalq tədbirində təmsil olunub

26-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə