“Məktəbli sinfindən orbital missiyalara” (From Classroom to Orbital Missions) təhsil proqramına yekun vurulub.
Xeberler.az bildirir ki, bu barədə Kosmik Agentliyin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən “Azərkosmos” Kosmik Akademiyasından məlumat verilib.
Bildirilib ki, "Məlumatların təhlili və qərarların qəbulu” və “Son missiya: inteqrasiya olunmuş Əşyaların İnterneti (IoT) sistemi" mövzularına həsr olunmuş son məşğələlər çərçivəsində iştirakçılar proqram ərzində hazırlanmış kosmik missiyaları təqdim edərək, əldə etdikləri bilik və bacarıqların praktik tətbiqini sərgiləyiblər. Onlar, həmçinin peyklərdən əldə olunan məlumatların təhlili əsasında qərar qəbul etmək bacarığını göstəriblər.
Səkkiz məşğələ ərzində iştirakçılar kosmik missiyaların planlaşdırılması, peyk sistemlərinin layihələşdirilməsi, peyk rabitəsi təşkili, proqramlaşdırma, sensor texnologiyalarının tətbiqi və məlumatların toplanması, emalı və təhlili sahələrində praktik bilik və bacarıqlar əldə ediblər.
Proqramın nəticələri üzrə iştirakçılar kosmik missiyanın konsepsiyasının hazırlanmasından praktik tətbiqinə qədər tam həyat dövrünü mənimsəyiblər.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları