Previous Next
Bağla

“ASAN viza” turizmin inkişafına böyük töhfələr verir

25-08-2018 10:21
“ASAN viza” turizmin inkişafına böyük töhfələr verir

Respublikamızın iqtisadiyyatının bütün sahələrində iqtisadi göstəricilərin getdikcə yüksəlməsi həyata keçirilən genişmiqyaslı islahatların müsbət nəticələri kimi dəyərləndirilir. Aparılan islahatların tərkib hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının  sürətləndirilməsi üçün genişhəcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda fərman və sərəncamlar verilib, Dövlət proqramları qəbul edilərək reallaşdırılıb. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bütün bunların reallaşmasında iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən Dövlət proqramları müstəsna önəm daşıyır.

Xeberler.az bildirir ki, bu baxımdan Prezident İlham Əliyevin ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı ilin 16 dekabr tarixli Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyan sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla, hazırlanan strategiya Azərbaycanda qeyri-neft sektorunun mövcud durumunu, inkişaf potensialını, onun inkişafında hökumətin rolunu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formalarını, bu əməkdaşlığın uğurla həyata keçirilməsi metodlarını və bir sıra digər mühüm inkişaf istiqamətlərini özündə əks etdirən çox mühüm sənəddidr.

Uğurla reallaşdırılan islahatlar qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafına da ciddi təkan verib. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilib. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin ayrı-ayrı regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə başçısı 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum 3 saat ərzində verilməsinə dair sərəncamlar imzalayıb, həmin vaxtdan “ASAN viza” sistemi yaradılıb. Cari ilin yanvar ayından isə Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Bu ilin may ayından etibarən Azərbaycana səfər etmək istəyən 702 min 282 nəfərə viza “ASAN Viza” sistemi vasitəsilə verilib. Bunun 566 min 709-u “ASAN viza” portal, 135 min 523-ü isə həmin ayın ikinci yarısından etibarən hava limanlarında fəaliyyətə başlayan özünəxidmət terminalları vasitəsilə həyata keçirilib. Cəmi üç ay ərzində Azərbaycana səfər etmək istəyən 700 mindən çox xarici ölkə vətəndaşlarının “ASAN viza” sistemi üzərindən viza əldə etməsi bu sahədə iki il əvvəl başladılmış islahatların turizmin inkişafına verdiyi töhfənin əyani sübutudur.

Bütün bunlar onu deməyə əsas verir ki, respublikamızda davamlı xarakter alan genişmiqyaslı islahatların dərinləşməsi möhkəm təməl üzərində qurulub.  Bütün bunlar iqtisadi islahatların dərinləşməsi üçün möhkəm baza yaradaraq qarşıda duran  vəzifələrin uğurla icra olunmasına, qeyri-neft sektorunun mühüm sahələrindən olan, kəmiyyət və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyan turizmin inkişaf etdirilməsi sayəsində yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, respublikamıza valyuta axınının güclənməsinə, xalqın rifah halının daha da yaxşılaşdırılmasına böyük töhfələr verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

07-12-2016

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

10-01-2017

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

Elektron viza məsələsində problemlər var

14-07-2015

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

Prezident: “250 min xarici “ASAN viza” ilə ölkəmizə gəlib”

08-12-2017

ASAN Viza-nın facebook səhifəsi NETTY2019-un qalibi olub

22-06-2019

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə