Previous Next
Bağla

Cəzaçəkmə müəssisəsindəki qadınlara İKT üzrə təlimlər keçirilib

20-12-2024 16:24
Cəzaçəkmə müəssisəsindəki qadınlara İKT üzrə təlimlər keçirilib

Dekabrın 20-də "Məhkum Qadınlar Rəqəmsal Dünyada" layihəsinin bağlanış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə İRİA-nın sədri İnarə Vəliyeva, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəis müavini Orxan Qasımov, “Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova və “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Etibar Ağamalıyev çıxış ediblər. Onlar layihənin qadınların cəmiyyətə inteqrasiyası və məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıblar.

Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İKT LAB-ın dəstəyi, “Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin təşkilatçılığı ilə baş tutub. Təlimlər Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilib və iki əsas istiqaməti əhatə edib: ofis proqramları/rəqəmsal bacarıqlar və qrafik dizayn.

İştirakçıların bilik səviyyəsinə uyğun olaraq iki qrupa ayrılan təlimlər ümumilikdə 3-4 ay davam edib. 24 qadın təlimləri uğurla tamamlayaraq sertifikatlarla təltif olunub, onlardan 2 nəfər isə əlavə olaraq beynəlxalq sertifikat əldə etmək şansı qazanıb.

Layihənin əsas məqsədi azadlıqdan məhrum edilmiş qadınların bilik və bacarıqlarını inkişaf etdirərək, onların özünəinamını gücləndirmək və iş həyatına daha yaxşı inteqrasiya etmələrinə dəstək olmaqdır. Layihənin məzunları əldə etdikləri bacarıqlarla yeni bir başlanğıc edə biləcək və onlara gələcəkdə daha geniş imkanlara sahib olmaq üçün davamlı dəstək göstəriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Cəzaçəkmə müəssisələrində İKT sahəsi üzrə təlimlər keçirilib

18-07-2023

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

15-03-2024

Qadınlar İKT bacarıqlarını artırır

07-07-2023

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

22-05-2019

Jurnalıstlərə “Rəqəmsal Savadlılıq” təliminin sertifikatları təqdim olunub

03-08-2023

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

31-07-2024

Qadınlar üçün ödənişsiz “İT əsasları” təlimləri keçiriləcək

07-01-2022

“Rəqəmsal Savadlılıq” təliminin bağlanış mərasimi keçirilib

24-10-2024

Azercell-in dəstəklədiyi layihə qadınların bilik və bacarıqlarının inkişafına töhfə verir

15-01-2025

Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların 28 faizini təşkil edir

24-07-2025

Azərbaycanda məhkumlar arasında keçirilən Breyin-rinq intellektual oyununun qalibi müəyyən edilib

19-11-2009

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

12-03-2026

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

25-09-2019

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsi başa çatıb

24-07-2025

Qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

09-07-2019

Regionlarda ödənişsiz İT təlimləri keçiriləcək

12-01-2022

"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib

30-04-2026

Azərbaycanın cəzaçəkmə müəssisələrində olan 15 məhbus İKT kursunu başa vurub

12-09-2023

“FarmHER” layihəsi uğurla başa çatdı

14-04-2025

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

Laçın və Zəngilanda İKT üzrə təqaüdlü təlimlər baş tutub

07-11-2024

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

İKT üzrə təlimlər keçirilib

02-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə