Previous Next
Bağla

“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

15-03-2024 12:08
“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

“SİMA İmza”nın “üztanıma” funksiyası fiziki və hüquqi şəxslərin elektron qeydiyyatı üçün istifadə ediləcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində “bulud”, “açıq açar” və “üztanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza”nın tətbiqinə start verib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan “SİMA İmza” 2023-cü ilin oktyabr ayından fiziki şəxslərin uçota alınmasında tətbiq edilir. Artıq bu elektron imza hüquqi şəxsin elektron qaydada dövlət qeydiyyatına alınması zamanı da istifadə ediləcək.

Dövlət Vergi Xidmətinin informasiya sistemində göstərilən texniki imkanları təmin etmək üçün müvafiq dəyişikliklər yerinə yetirilib. Görülən işlər çərçivəsində hüquqi şəxsin onlayn qeydiyyatı zamanı hüquqi şəxsin təsisçisinə və rəhbərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalına (new.e-taxes.gov.az) digər gücləndirilmiş elektron imzalarla yanaşı, “SİMA İmza” elektron imza vasitəsilə də daxil olmaq imkanı yaradılıb. Daxilolma prosesində biometrik yoxlama (“üztanıma”, canlılıq testi, rotasiya testi) təmin olunub.

Bununla yanaşı, “SİMA İmza” elektron imza ilə portala daxil olmuş istifadəçi üçün “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı” ərizəsi aktivləşdirilib.

Ərizə tam doldurulduqdan sonra təsisçiyə (təsisçilərə) və rəhbərə xüsusi ekranda ərizə məlumatlarına və nizamnaməyə baxış imkanı yaradılıb. Ərizənin və sənədlərin (nizamnamənin) imzalanması zamanı şəxslərin biometrik eyniləşdirməsi (“üztanıma”, canlılıq testi, rotasiya testi) təkrar aparılır. Yoxlama uğurla başa çatmadıqda mövcud prosedurlara uyğun olaraq ərizənin göndərilməsi məhdudlaşdırılır.

“SİMA İmza” elektron imza vasitəsilə imzalanmış nizamnaməyə, qeydiyyat ərizəsinə və ona əlavə edilmiş sənədlərə vergi orqanında baxış imkanının olması da təmin edilib.

Qeyd edilməlidir ki, “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin (hazırkı adı Business Ready (B-Ready) “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022 – 2023-cü illər üzrə Yol Xəritəsi”ndə kommersiya hüquqi şəxsin elektron təsis edilməsi və elektron əməliyyatların həyata keçirilməsi üçün təhlükəsiz və etibarlı eyniləşdirmə alətlərinin tətbiqi ilə bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri də daha innovativ texniki imkanlardan, alternativ identifikasiya üsullarından (“üztanıma” üsulları) istifadə edilməklə kommersiya hüquqi şəxslərin elektron qeydiyyatının daha təkmil formada həyata keçirilməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA İmza” ilə daha 30-dək elektron vergi xidməti əlçatan olub

18-11-2025

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025

“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!

10-04-2026

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

Sentyabrdan hüquqi şəxslər SİMA-dan istifadə edə biləcək

27-07-2022

"SİMA" "E-taxes" portalına inteqrasiya edilə bilər

25-02-2022

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019

“SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib

29-04-2024

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026

Vergilər Nazirliyi: Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

29-03-2019

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019

Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı yaradılıb

05-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə