Previous Next
Bağla

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019 12:17
Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

2019-cu ilin ötən 6 ayında ölkəmizdə 7.111 hüquqi şəxs qeydiyyata alınmışdır, qeydiyyata alınan hüquqi şəxslərin mütləq əksəriyyəti elektron qeydiyyat xidmətindən istifadə ediblər. Aparılan təhlillər göstərir ki, buna təsir edən səbəblərdən biri 2019-cu ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsidir. Elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı imkanın yaradılması nəticəsində bu xidmətdən istifadə edənlərin sayı yüksək sürətlə artmaqdadır. 2019-cu ilin 6 ayında qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb, e qeydiyyatın xüsusi çəkisi isə 79,6 %-dən 85,7 %-ə yüksəlib.

Məlum oduğu kimi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Qanunda edilmiş dəyişikliklər nəticəsində cari ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunub tamamlanır. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil nömrə ilə indentifikasiyadan keçirlər.

Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə hüquqi şəxsin qeydiyyat prosesi yekunlaşır. Yeni elektron qeydiyyat sistemində əmək müqaviləsi bildirişləri barədə məlumatlar avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilir. Həmçinin vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi və biznes tipli sertifikatın əldə edilməsi üçün müraciətin sertifikat xidmətləri mərkəzinə göndərilməsi təmin olunur. Başqa sözlə, bir prosedurun yekunlaşması ilə daha 4 fərqli proses yerinə yetirilmiş olur.

Yeni elektron qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sahibkarlar üçün bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yaranmır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi sənəd olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlar tərəfindən elektron formada qəbul edilməsi təmin edilir. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə elektron hökumət portalında müvafiq inzibati reqlament, “İnternet Vergi İdarəsi”ndə isə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı yerləşdirilib.

Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir etməkdədir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. “Doing Business 2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulub. Qeyd olunan dəyişikliklər nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enib və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

22-01-2019

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019

Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

22-08-2019

Elektron qeydiyyata alınan kommersiya qurumlarının sayı artıb

11-09-2019

Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

25-11-2019

“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

15-03-2024

İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

06-02-2019

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

Kommersiya qurumlarının 85 faizdən çoxu elektron qeydiyyata alınıb

11-06-2025

Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

01-04-2019

Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

05-02-2019

DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

01-08-2025

Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

26-09-2018

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

Vergilər Nazirliyi: Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

29-03-2019

“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

09-01-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə