Previous Next
Bağla

“Tempus” proqramı: nanotexnologiyalarla bağlı Bakıda görüş keçiriləcək

27-10-2014 16:35
“Tempus” proqramı: nanotexnologiyalarla bağlı Bakıda görüş keçiriləcək

Noyabrın 5-7-də Bakıda Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində ECONANO qrant layihəsi üzrə növbəti görüş keçiriləcək. Bu, tərəfdaşları İtaliya, Fransa, Yunanıstan və Azərbaycan olan layihə iştirakçıları arasında baş tutan sayca 4-cü görüşdür.  

tempuseconano.eu saytının məlumatına görə, ECONANO layihəsinin əsas məqsədi Azərbaycanda “Ekologiya mühəndisliyi” (EM) üzrə mövcud tədris proqramlarının daha müasir və təkmil kursların daxil edilməsi yolu ilə, xüsusilə nanomaterialların ətraf mühitin mühafizəsində tətbiqi və monitorinqini nəzərə alaraq modernləşdirilməsidir. 

Layihədə EM tədris proqramlarının islahatı magistratura pilləsində aparılacaq və eyni zamanda bakalavriat pilləsində keçirilən ekoloji fənlərin korrektə olunması da nəzərdə tutulub. Azərbaycan təhsil sistemində EM üzrə tədrisin modernləşdirilməsində məqsəd neft sənayesinin və digər sənaye sahələrinin intensiv inkişafı ilə əlaqədar yaranan ekoloji təsirlərə qarşı mübarizəni ixtisaslaşmış səviyyədə aparmaqdır. EM tədris proqramının islahatında Azərbaycan ali təhsil sisteminin Avropa Birliyi ölkələrinin ali təhsil sisteminin proqramları ilə harmonizasiyası davamlı şəkildə aparılacaq. Azərbaycan ali məktəbləri ilə Avropa Birliyi ölkələrinin ali məktəblərinin ikili dərəcə çərçivəsində birgə diplomlarının verilməsi məsələsinə baxılacaq. Layihədə iştirak edən İtaliya, Fransa və Yunanıstan universitetləri ilə Azərbaycan universitetlərinin əməkdaşlığı möhkəmləndiriləcək və inkişaf etdiriləcək:
 
“Layihə çərçivəsində nanotexnologiyanın nailiyyətlərindən istifadə edərək, Azərbaycanın ali təhsil sistemində və Şərqi Avropa ölkələrində “Ekologiya mühəndisliyi” üzrə magistr pilləsi üçün kurrikulumun modernləşdirilməsi və islahatı həyata keçiriləcək. Bu yaradılan kurrikulum Avropa Birliyi ölkələrində bu sahədə mövcud olan kurrikulumlara uyğunlaşdırılacaq. Əsas diqqət Avropa universitetləri ilə tərəfdaşlığa yönəldiləcək. Şərqi Avropa Universitetlərinin bir-biri ilə mövcud olan yaxşı əlaqələrindən istifadə edərək, tələbələr mübadiləsi həyata keçiriləcək. Azərbaycan Xəzəryanı ölkələr sırasında neft ölkəsi kimi Avropa üçün çox maraqlıdır və bu regionda neft istehsalının intensiv inkişafı çoxlu ekoloji problemlərin həllini tələb edir. Odur ki, mühəndis ekologiyası üzrə mütəxəssislərin yetişdirilməsi və onların Avropa standartlarına uyğunlaşdırılması aktual məsələdir. Layihədə mühəndis ekologiyası üzrə magistr hazırlığını nanotexnologiyanın nailiyyətlərinə əsaslanaraq aparmaq daha məqsədəuyğundur. Bunun üçün xüsusi metodika hazırlanacaq, iştirakçı universitetlərin professor-müəllim heyəti cəlb ediləcək, onlar arasında əlaqələr yaradılacaq. Layihə çərçivəsində tələbələrin mübadiləsi həyata keçiriləcək”.
 
Mənbə layihədə bir sıra fəaliyyət istiqamətlərinin nəzərdə tutulduğunu qeyd edir.  Buraya tərəfdaş ölkələrin ali təhsil sistemlərində tədris proqramlarının islahatı və müasirləşdirilməsini təşviq etmək, tərəfdaş ölkələrdə ali təhsilin keyfiyyətinin və üstünlüklərinin inkişaf etdirilməsi, tərəfdaş ölkələr və Avropa İttifaqı ali təhsil müəssisələrinin potensialını artırmaq, xüsusilə beynəlxalq əməkdaşlıq və davamlı islahatlar aparmaq üçün tərəfdaş ölkələrdə onlara kömək etmək, özlərini geniş ictimaiyyətə təqdim etmək, iş tapmaq və geniş dünyaya inteqrasiya olunmaqda yardım etmək daxildir.
 
Eyni zamanda tərəfdaş ölkələrin və Avropa İttifaqına üzv dövlətlərin ali təhsil müəssisələri və elmi tədqiqat institutları arasında şəbəkə artırmaq da layihənin əsas istiqamətlərindəndir. 
 
Hazırda Fransanın Paris-13 Universitetində də ECONANO layihəsinin hazırlanması ilə əlaqədar tədbir keçirilir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun 1 saylı laboratoriyanın aparıcı elmi işçisi Bəhruz Süleymanov iştirak edir. 
 

Həqiqət İsabalayeva  ictnews.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ECONANO layihəsi üzrə elmi-tədqiqat layihəsi hazırlanacaq

17-06-2015

ECONANO layihəsi üzrə təcrübə başa çatıb

05-06-2015

Azərbaycan Avropa Birliyinin e-Twining Təhsil portalına qoşula bilər

15-12-2010

Tədris-İnnovasiya Mərkəzi ixtisasartırma kursları təşkil edib

14-07-2011

“Elektron Təlimləndirən Sistemlər” layihəsi həyata keçirməsi planlaşdırılır

03-06-2010

Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

07-04-2009

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010

Bakı Dövlət Universitetində virtual universitet yaradılır

10-04-2009

Azərbaycanda «Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf» konfransı keçiriləcək

08-11-2010

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirildi

10-06-2010

Microsoft Azərbaycanın tədris müəssisələrində İT-Akademiyalar açmağı planlaşdırır

14-09-2009

Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

10-02-2010

“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblərin xüsusi avadanlıqlarla təmin olunmasına başlanılıb

06-02-2009

“Elektron təhsil” start götürdü

02-04-2012

Azərbaycan orta məktəbləri "eTwinning" virtual məktəb şəbəkəsinə qoşulacaq

04-03-2013

“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblər hansılardır?

04-02-2009

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011

Azərbaycanın üç ali məktəbinin tələbələri onlayn rejimdə imtahan verə biləcək

20-11-2009

Sosial servislərin tədris prosesində rolu ilə bağlı müzakirələr və təlimlər keçiriləcək

27-03-2012

Bakı Dövlət Universiteti “Virtual Universitet” layihəsini həyata keçirir

23-01-2009

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ali Şurasına üzvlük üçün namizədliyini təqdim edib

02-06-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə