Previous Next
Bağla

Lənkəranda Media Resurs Mərkəzi fəaliyyətə başlayıb

27-10-2009 19:28
Lənkəranda Media Resurs Mərkəzi fəaliyyətə başlayıb

Oktyabrın 27-də Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi fəaliyyətə başlayıb.

Xeberler.az bildirir ki, Mərkəzin rəhbəri Xaqani İbadovun Qaynar.info-ya verdiyi məlumata görə, Media Resurs Mərkəzi cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün faydalı olacaq: “Cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin vəziyyətinin təhlili göstərir ki, bu nəşrlərdə fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcuddur. Rayon qəzetlərinin maddi-texniki bazasının zəifliyi, peşəkarlığın aşağı səviyyədə olması fikir, söz, məlumat azadlığının inkişafına mane olur. Regional qəzet redaksiyaları qəzetlərin yığılmasında, səhifələnməsində, maketinin qurulmasında və çapında ciddi çətinlik çəkirlər. Bölgə qəzetlərin əksəriyyətində müvafiq texniki vasitələr, qəzetin yığılması üçün lazımi avadanlıq yoxdur. Bu avadanlıq isə bahadır və bölgə qəzetlərinin onu əldə etmək imkanı yoxdur”.

X.İbadov qeyd edib ki, region qəzetlərinin texniki bazasının modernləşdirilməsi informasiya məkanında inkişaf üçün ciddi stimul ola bilər: “Mərkəzin bu regionda yaradılmasının məqsədi cənub bölgəsində KİV-in, jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərməkdir. Eyni zamanda yerli mətbuata və bölgədə işləyən jurnalistlərə texniki vasitələri təqdim etməklə onların bu sahədə problemlərini aradan qaldırmaqdır”.

Mərkəzin nəzdində jurnalistlərin sərbəst istifadə edə biləcəyi media ilə bağlı kitabxana açılacaq, bölgə qəzetlərinin səhifələnməsi və bu sıradan digər texniki problemlərin həll olunması üçün kompüter mərkəzi yaradılacaq. Yerli jurnalistlərin informasiya resurslarına müraciət imkanlarını genişləndirmək üçün pulsuz internet klub yaradılacaq, müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarını vacib tədbirlərin keçirilməsi, ayrı-ayrı mövzulara dair konfransların təşkili üçün media klubu təşkil ediləcək. Media Resurs Mərkəzinin konfrans zalından yerli media strukturları, jurnalistlər, QHT-lər, ictimai təşkilatlar pulsuz istifadə edəcəklər.

Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə yaradılıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

03-11-2009

KİV-ə Dəstək Fondu Lənkəranda konfrans keçirib

11-11-2009

Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat mövzusunda seminar keçirilib

27-06-2019

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

11-11-2009

“Defamasiya haqqında qanun” layihəsi parlamentə təqdim edilib

15-10-2009

Azərbaycanda İnternet Media Mərkəzi (İMM) yarandı

07-09-2011

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009

Mingəçevirdə Media Mərkəzi istifadəyə verilib

07-11-2009

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

14-10-2009

Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

02-12-2009

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013

Jurnalistlər üçün pulsuz ingilis dili kurslarına qəbul başlayır

28-09-2018

Jurnalistlər Azercell-in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

16-11-2018

İsveçə gedəcək jurnalistlərin adı açıqlandı (SİYAHI)

16-09-2010

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

01-12-2008

Media Mərkəzi bir qrup jurnalistin İsveçə səfərini təşkil edir

27-08-2010

Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

11-06-2009

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015

Jurnalist vəsiqəsi bu KİV nümayəndələrinə veriləcək

11-10-2022

“Yalan məlumatlar yayan KİV-lər, jurnalistlər haqqında müvafiq ölçü götürüləcək”

18-11-2015

Azərbaycanda KİV-ə maliyyə dəstəyi müsabiqəsinin nəticələri açıqlanıb

01-09-2009

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninqlər

28-10-2008

“KİV-in iqtisadi tənzimlənməsi: KİV menecmenti və marketinqi” mövzusunda təlim kursu keçirilib

19-12-2009

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə