Previous Next
Bağla

Azərbaycanda internetə yeni məhdudiyyətlər qoyula bilər

30-01-2016 10:50
Azərbaycanda internetə yeni məhdudiyyətlər qoyula bilər

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov internetdə məhdudlaşdırıcı tədbirlərin mümkünlüyünü bildirib.

Xeberler.az-ın məlumatına görə, o, bəzi hökumətyönlü KİV-ə müsahibəsində bunu internet medianın son hadisələr barədə şayiələr yayması ilə izah edib.

“Münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş hər hansı lokal  bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı xüsusilə İnternet mediada müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır. Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edirlər. Təəssüf ki, bir çox hallarda internet media sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı, bəzi İnternet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar”, - Ə.Həsənov bildirib.

O, buna nümunə kimi devalvasiyadan sonra bəzi saytların Azərbaycanda “xalq etirazı”nın başlanması, xarici “ekspertlər”ə isnadla Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyi barədə yazılar dərc etdiyini göstərib.

“Bəzi hallarda isə dolların məzənnəsinin astronomik səviyyəyə qalxacağı, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı və s. bu kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın”, - Ə.Həsənov vurğulayıb.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet-radio və internet-TV Azərbaycanda lisenziyalaşdırılmayacaq

01-07-2010

“Yalan məlumatlar yayan KİV-lər, jurnalistlər haqqında müvafiq ölçü götürüləcək”

18-11-2015

“ RYTN ilə bağlı yayılan məlumatlar bəzi hallarda özünü doğrultmur”

20-11-2015

“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

26-09-2016

Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi təyin edilib

23-02-2015

“İstifadəçilər sosial şəbəkədə düşündüyü ideyaları təbliğ edə bilər”

02-10-2015

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilib

13-09-2019

Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib

01-06-2017

«Tezliklərin MTRŞ-in yox, Radiotezliklər İdarəsinin nəzarətində olması anlaşılmazdır»

22-04-2010

“Onlayn media məsələsi Seçki Məcəlləsində əksini tapmalıdır”

31-08-2016

“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır”

02-12-2010

“Əhalinin 75 faizi hər gün internetdən istifadə edir”

16-06-2016

““Diffamasiya haqqında” qanunun qəbul edilməsi əks effekt yarada bilər”

31-05-2016

Əli Həsənov: “Mətbuata qarşı inzibati resurslardan istifadə olunmayacaq”

25-08-2010

Görən kimi haradasa iş başlayır, dərhal cumurlar ora, nəsə qopartmaq istəyirlər

04-02-2020

MSK İTV-dəki ÇIXIŞLARA MÜNASİBƏT BİLDİRDİ

23-10-2010

Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

12-09-2019

MEDİA: Sosial mediada “deep fake” ilə hazırlanmış açıqlamalar yayılır

28-07-2025

Azərbaycanda bəzi tədbirlərdə xüsusi rabitədən istifadəyə PA icazə verəcək

25-02-2022

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

23-09-2025

“Yeni kanal informasiya sahəsində inhisara müqavimət göstərəcək”

19-08-2015

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə