Previous Next
Bağla

“Zərifə Əliyeva - 100” adlı elektron layihə istifadəyə verilib

28-04-2023 11:17
“Zərifə Əliyeva - 100” adlı elektron layihə istifadəyə verilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ərsəyə gələn “Zərifə Əliyeva - 100” adlı elektron layihəsinin təqdimatı keçirilib.

Layihənin təqdimatında çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. “Yubileyini qeyd etdiyimiz akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermiş mənəvi və insani keyfiyyətləri ilə Azərbaycan qadınının nümunəvi obrazını özündə ehtiva edir.

Akademik Zərifə Əliyevanın ömür yolu qazanılan uğurlarla zəngindir. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə Zərifə Əliyeva bu sahədə ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır. Elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, böyük alim Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin, oftalmoloqların böyük bir nəslini formalaşdırıb.

Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, bu gün dünya liderləri arasında tanınan möhtərəm Prezidentimizin anası Zərifə xanım Əliyeva xalqımız tərəfindən hər zaman ehtiramla yad olunacaq, onun xalq qarşısında, Azərbaycan səhiyyəsi qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə qeyd ediləcək.

Prezident İlham Əliyevin Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən ölkədə silsilə tədbirlər keçirilir. Bu gün Mərkəzi Elmi Kitabxana olaraq görkəmli şəxsiyyətin yubileyinə öz töhfəmizi - “Zərifə Əliyeva - 100” adlı layihəmizi təqdim edirik. Elektron layihə artıq kitabxananın saytında oxucuların istifadəsinə verilib. Bundan əlavə, tezliklə Zərifə Əliyeva biblioqrafiyası da oxuculara təqdim olunacaq”,- deyə baş direktor diqqətə çatdırıb.

Çıxışı zamanı professor Məmməd Əliyev onu da vurğulayıb ki, kitabxanada görkəmli alimin zəngin və çoxşaxəli həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi də təşkil olunub.

Daha sonra MEK-in Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natavan Hacıyeva təqdimatı keçirilən elektron baza haqqında ətraflı məlumat verib. Bildirilib ki, 6 bölmədən ibarət elektron resursda materiallar pdf formatında təqdim edilib. Burada görkəmli oftalmoloqun elmi və ictimai fəaliyyətini əks etdirən yazılar, öz əsərləri, haqqında yazılan əsərlər, eləcə də nəaliyyətləri təqdim edilib. Həmçinin, elektron resursda dövri mətbuat materialları - 1960- cı ildən başlayaraq respublika və keçmiş SSRİ-nin qəzet və jurnallarında dərc olunan və akademik Zərifə Əliyevanın elmi nəailiyyətlərini əks etdirən minə yaxın analitik yazı xronolji ardıcıllıqla verilib. N.Hacıyeva onu da diqqətə çatdırıb ki, Elektron resursun Fotoqalereya bölməsində görkəmli akademikin şəkillərdən ibarət videomaterial yerləşdirilib. Əminliklə qeyd olunub ki, “Zərifə Əliyeva - 100” adlı elektron layihə alimlərin, magistr və tələbələrin, eləcə də geniş oxucu kütləsinin müraciət edəcəyi elmi mənbə olacaq.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Almaniyada akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş poçt markası təqdim olunub

15-03-2011

Zərifə Əliyeva adına orta məktəbə xüsusi informasiya texnologiyaları avadanlıqları verilib

07-02-2009

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2023

Dövlət Xidmətinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

10-05-2026

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Ümummilli Liderin məzarını ziyarət edib

12-12-2023

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2024

Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

12-12-2017

“Gənc kompüter istedadları” müsabiqəsinin qalibləri müəyyən olunub

04-05-2009

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

10-05-2025

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

Akademik Şəfaət Mehdiyevin 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb

10-11-2010

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək

16-11-2009

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

Şagirdlərimiz İT yarışmasında 2 qızıl medal qazanıb

14-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə