Previous Next
Bağla

Telegramda zərərli proqram və oğurlanmış məlumatların satışı artır

05-03-2026 18:58
Telegramda zərərli proqram və oğurlanmış məlumatların satışı artır

Son dövrlər kiberhücumlarla məşğul olan qrupların Telegram platformasından istifadəsi nəzərəçarpacaq dərəcədə artıb. Müşahidələrə əsasən Telegram təkcə ünsiyyət vasitəsi olmaqdan çıxaraq oğurlanmış məlumatların satışının, zərərli proqramların yayılmasının və təşkilatlara giriş məlumatlarının alqı-satqısının həyata keçirildiyi sürətli “yeraltı bazar” funksiyası daşımağa başlayıb.

Xeberler.az Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən məlumat verir ki, bu tendensiya əvvəlki illərdə əsasən qapalı “darknet” forumlarında aparılan qeyri-qanuni əməliyyatların daha sürətli, əlçatan və çevik bir mühitə daşınması kimi qiymətləndirilir.

Məlumata əsasən əvvəllər oğurlanmış məlumatlar və qeyri-qanuni xidmətlərə çıxış üçün xüsusi şəbəkələrdən istifadə tələbi mövcud idi və bu mühitlər tez-tez hüquq-mühafizə orqanlarının hədəfində olurdu. Lakin hal-hazırda cinayətkar şəxslər Telegramın ictimai kanalları, qapalı qrupları və avtomatlaşdırılmış bot imkanlarından istifadə etməklə fəaliyyəti sadələşdirir və miqyaslandırır. Kanallar bağlandıqda və ya məhdudlaşdırıldıqda yeni kanalların qısa müddətdə yaradılması və auditoriyanın sürətlə həmin ünvanlara yönləndirilməsi nəticəsində fəaliyyətin fasiləsiz davam etdirilməsi mümkün olur. Bu isə platformanı müxtəlif kiber cinayət xidmətləri üçün dayanıqlı kommunikasiya və satış mühitinə çevirir.

Platformada ən çox rast gəlinən fəaliyyət istiqamətlərindən biri “ilkin giriş” (initial access) ticarətidir. Bu modeldə vasitəçilər şirkətlərin VPN girişləri, uzaqdan qoşulma (RDP) sessiyaları, bulud hesabları və domen administrator səlahiyyətləri kimi resurslara çıxış imkanlarını satışa çıxarırlar. Elanlarda adətən hədəfin sektoru, yerləşdiyi region və digər ümumi göstəricilər təqdim olunur ki, alıcılar daha tez qərar verə bilsin. Bəzi hallarda çıxışın real olduğunu təsdiqləmək üçün texniki sübutların təqdim edildiyi də qeyd edilir.

Bundan əlavə, “stealer logları” kimi tanınan və yoluxdurulmuş cihazlardan toplanmış istifadəçi adı-şifrə məlumatlarını ehtiva edən böyük bazaların Telegram üzərindən axtarışa açıq şəkildə paylaşıldığı bildirilir. Bu mühitdə avtomatlaşdırılmış botlardan istifadə edilməsi diqqət çəkir. Botlar böyük həcmli parol bazalarında axtarış aparmaq, ödəniş proseslərini idarə etmək və bəzi hallarda məhsulun təqdimatını sürətləndirmək üçün tətbiq olunur. 

Telegram yalnız maliyyə motivli cinayətkarlar üçün deyil, habelə müxtəlif ideoloji motivli qruplar üçün də koordinasiya və təbliğat kanalı kimi istifadə olunurə. Bu mühitdə könüllülərin cəlb edilməsi, DDoS hücum hədəflərinin elan edilməsi və hücum nəticələrinin dərhal paylaşılması kimi nümunələrə rast gəlinir. Bu isə ictimai təsiri artırır. 

Qeyd olunur ki, platformanın hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi hallarının artmasına dair göstəricilər mövcud olsa belə Telegramda kiber cinayət icmalarının genişlənməsi davam edir. Bu yanaşma şübhəlilərin sonradan müəyyənləşdirilməsinə kömək etsə də, platforma üzərində icmaların sürətli bərpası, kanalların asan dəyişdirilməsi və avtomatlaşdırma imkanları səbəbilə ümumi aktivliyin azalmasına hələlik nəzərəçarpacaq dərəcədə təsir göstərmədiyi vurğulanır. Mütəxəssislər təşkilatlara korporativ sistemlərin qorunması məqsədilə çoxfaktorlu autentifikasiya tətbiqini genişləndirməyi, uzaqdan girişləri məhdudlaşdırmağı, güclü parol siyasəti və hesab təhlükəsizliyi nəzarətlərini gücləndirməyi, həmçinin sızdırılmış etimadnamələrin mütəmadi monitorinqini təmin etməyi tövsiyə edirlər. Eyni zamanda, kiber risklərin erkən aşkarlanması üçün açıq mühitdə yayılan “giriş məlumatlarının alqı-satqısı” və “log məlumatları” tipli siqnalların izlənməsi və bu siqnallar əsasında operativ tədbirlərin görülməsi vacib hesab olunur.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

LiveChat üzərindən yeni fişinq kampaniyası aşkarlanıb

01-04-2026

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kaspersky oğurluq troyanlarının Azərbaycandakı fəaliyyətindən danışır

07-10-2022

Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

29-10-2021

Milli sandbox sistemi hazırlanır

04-05-2024

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Neft və qaz şirkətlərinə və bina avtomatlaşdırma sistemlərinə hücumlar artıb

16-09-2020

XRİTDX: “Telegram” hücumları ilə bağlı araşdırmalar davam edir

09-09-2025

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Kaspersky: 2021-ci ildə sənaye müəssisələrinə hansı kiberhücumlar edilə bilər?

09-12-2020

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Telegram-ın 15 milyon istifadəçisinin məlumatı oğurlandı

03-08-2016

“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

25-11-2020

VPN nədir və onu necə seçmək lazımdır?

21-09-2022

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

DVX: İnternet Vergi İdarəsinə giriş məlumatları təhlükədə ola bilər

18-04-2025

ETX vətəndaşların bank kartlarından vəsaitlərinin oğurlanması hallarına münasibət bildirib

10-06-2024

ETX “Telegram” və “WhatsApp” ilə bağlı xəbərdarlıq edib

09-01-2026

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020

“Bitcoin cinayətkarların valyutası olacaq”

02-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə