Rəşad Nəbiyev “ScaleAI” nümayəndələri ilə görüşüb

06-03-2026 / 11:14

Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində Scale AI şirkətinin nümayəndələri ilə görüş keçirib.

Xeberler.az məlumat verir ki, görüş zamanı Azərbaycanla “ScaleAI” arasında süni intellekt texnologiyalarının tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının genişləndirilməsi, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində mümkün perspektivlər də nəzərdən keçirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə