İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026 / 17:11

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzi ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında kadr hazırlığı ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az məlumat ki, memoranduma uyğun olaraq, sənaye sahəsində kadr ehtiyaclarının öyrənilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığının təşkili, müasir və innovativ tədris proqramlarının hazırlanması, elmi-tədqiqat istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

Anlaşma Memorandumunu Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyn Topuz imzalayıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə