Nazir “Palantir” şirkətinin nümayəndələri ilə görüşüb

06-03-2026 / 11:11

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Xeberler.az bildirir ki, görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və “Palantir” platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə