Previous Next
Bağla

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

30-04-2012 11:22
“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

Multimedia Mərkəzi bildirir ki, 2012-ci il mayın 4-də Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, dəyirmi masanın keçirilməsində məqsəd ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.

Dəyirmi masada Multimedia Mərkəzinin hazırladığı yeni medianın tədris modullarının müzakirəsi nəzərdə tutulub.

Mərkəz ölkədə jurnalistika təhsili verən Universitetlərdə tədrisi nəzərdə tutulan dörd yeni media fənninin tədris proqramlarının layihələrini hazırlayıb.

Yeni tədris modulları təhsil müəssisələrinin, ekspertlərin və yeni media mütəxəssislərinin məsləhətləşmələri əsasında hazırlanıb.

Tədris proqramları ölkədə yeni medianın inkişaf perspektivləri, yeni media bazarında kadrlara olan tələbat və təhsil alanların praktiki bacarıqlarının gücləndirilməsi amilləri nəzərə almaqla hazırlanıb. Mövcud təhsil standartlarına uyğun hazırlanan fənlərin həm fundamental, həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur.

Dəyirmi masada Jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi istiqamətində, bu fənnin yeni media bazarının tələblərinə uyğunlaşdırılaraq tədris olunması, yeni medianın gələcək tədris modelinin əsas istiqamətləri haqqında peşəkar müzakirələr təşkil olunacaq.

Dəyirmi masanın yekununda irəli sürülən təklif və tövsiyələr əsasında yeni medianın tədris modullarının yenidən işlənməsi və jurnalistika təhsili verən ali təhsil müəssisələrinə təqdim edilməsi nəzərdə tutulub.

Dəyirmi masada internet media qurumları və jurnalistika təhsili verən ali təhsil müəssisələri nümayəndələrinin, yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Dəyirmi masa Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir.

 

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Yeni media : kadr təminatı və peşəkarlıq” konfransı keçiriləcək

20-11-2011

Yeni medianın tədris modulları hazırlanıb

04-05-2012

Yeni medianın tədris modulları çap olunub

12-10-2012

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

Yeni medianın tədris modulları Elmi Şurada təsdiqlənib

30-05-2012

Yeni media sahəsində çalışanların sorğu anketi

14-10-2011

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014

“Sosial servislərin tədris prosesində rolu” mövzusunda Dəyirmi Masa keçiriləcək

04-04-2012

Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

03-04-2012

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində işlər davam etdirilir

09-01-2012

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012

Universitetdə internet studiya yaradılır

13-01-2012

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

22-11-2011

Yeni medianın tədris proqramları və “Onlayn Media Təhsili” layihələri təqdim olunub

15-11-2012

Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

02-07-2011

“Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.

02-11-2011

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014

Yeni media ilə bağlı təlimlər başa çatıb

29-09-2012

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

17-01-2014

“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

12-12-2008

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

13-12-2011

“İKT və Azərbaycan dilinin istifadəsi problemləri”nə dair Dəyirmi Masa keçiriləcək

20-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə