Azercell dərmanların saxta olub-olmadığını yoxlayacaq

27-11-2010 / 23:58

 Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti səhiyyə sahəsi üzrə yeni xidmət tətbiq etməyə hazırdır.

Şirkətin prezidenti Əli Ağanın verdiyi məlumata görə, səhiyyə sahəsini əhatə edən xidmət dərmanların üzərində göstərilən bar-kodlarla bağlı olacaq: «Məsələn, Afrika ölkələrində mobil rabitə operatorları bu cür xidməti artıq göstərir. İstehlakçı aptekdən dərman alarkən, onun saxta olub-olmadığını müəyyənləşdirmək üçün dərmanın üzərindəki bar-kodun şəklini çəkib SMS vasitəsilə müvafiq nömrəyə göndərir ki, onun müqabilində abunəçi SMS vasitəsilə müsbət və ya mənfi cavab alır».

A.Ağan onu da bildirib ki, Azərbaycanda analoji xidmətin tətbiqi və istifadəyə verilməsi əsasən Səhiyyə Nazirliyindən asılıdır: «Nazirlik buna ehtiyac duyarsa, biz «Azercell» şirkəti olaraq sözügedən xidməti abunəçilərə göstərməyə hazırıq».

Qeyd edək ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 4 mln. artıq abunəçisi mövcuddur.

mənbə: APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə