Geologiya İnstitutunda informasiya-hesablama sistemi təşkil ediləcək

14-10-2014 / 19:02

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda informasiya-hesablama sistemini (GRID) təşkil etmək nəzərdə tutulur. Məlumatı Xeberler.az saytına AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.  

Məlumatda bildirilir ki, elmi müəssisənin gənc alimləri Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları Mərkəzində təcrübə keçiblər. Üç aylıq təcrübə kursunda institutun geodinamika və seysmologiya şöbəsinin əməkdaşları Bəhruz Əhədov və Tural Məmmədov mərkəzin informasiya texnologiyaları laboratoriyasında GRID sisteminin qurulması, məlumatların hesablanması və mübadiləsi metodlarını öyrəniblər.

Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirib ki, GRID şəbəkəsi ilə yer elmləri, yüksək enerjilər fizikası və digər sahələrdə elmi tədqiqatlar aparmaq, hesablama və məlumatların analizini həyata keçirmək mümkündür: “Bu sistem geodinamik proses və seysmoloji hadisələrə dair məlumatların təhlili üçün mühüm əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarından istifadə böyük zaman və resurs tələb etdiyi halda GRID əvəzedilməzdir”.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə