Google Rusiya və İspaniyada niyə dayanır?

16-12-2014 / 17:08

Google şirkəti Rusiyada siyasi və İspaniyada iqtisadi problemlərə görə fəaliyyətini dayandırıb. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət mövzu ilə bağlı Xeberler.az-a açıqlama verib.

Azər Həsrət Rusiyadakı məsələnin tam aydın olduğunu söyləyib: “Bu ölkə özünün qeyri-demokratik, avtoritar idarəetməsilə, qonşu ölkələrə qarşı təcavüzkar yanaşmasıyla fərqlənir. Google və bənzəri internet xidmətlərinin bu ölkədə əngəllənməsi təbii qarşılanmalıdır. Rusiya alternativlərə qarşı hər zaman dözümsüz olub”.

İspaniyada yanvarın 1-dən yeni qanunun qüvvəyə minəcəyini bildirən Azər Həsrət Google kimi xidmətlərin bu ölkədə istənilən onlayn kontenti yayımlarkən bəlli bir ödəniş etməli olacağını qeyd edib: “ Bu isə Google-a sərf eləmir, çünki belə kontenti paylaşarkən pul qazanmır, gəlir məqsədi güdmür. Deməli, pul qazanmadan pul ödəmək Google-a sərf etmir. İspaniya yaxın günlərdə Google-dan məhrum olacaq”.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə