Bakcell Naxçıvanda yeni Mərkəzi və diler mağazasını açdı

18-12-2014 / 21:52

Bakcell şirkəti dekabrın 17-də Naxçıvan Muxtar Respublikasında  "Bakcell"in yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazasını açıb. Məlumat Xeberler.az saytına Bakcell şirkətinin mətbuat xidmətindən verilib.

Açılış mərasimində Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Əli Mikayılov və Bakcell-in baş satış direktoru Fedja Hadzic da iştirak ediblər.

Bakcell-in Satış və Müştəri xidmətləri Mərkəzi Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında abunəçilərinə tam çeşiddə xidmətlər təqdim edir.

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşən diler mağazasının açılışında qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Qonaqlara həmçinin Naxçıvanda ilk dəfə olaraq Bakcell səyyar satış və xidmət nöqtəsi təqdim olunub. Mərkəz xüsusi avtomobil üzərində qurulub və Muxtar Respublikanın bütün ərazisində Bakcell abunəçilərinə xidmət göstərəcək. Buradan pulsuz DoğmaCIN tarifli nömrələr əldə edən abunəçilərə kampaniya çərçivəsində 6 aya 30 dəqiqə bonus təqdim olunur.

DoğmaCIN tarifindən faydalanan abunəçilər şəbəkədaxili bir dəqiqə üçün cəmi 2 qəpik, şəbəkəxarici bir dəqiqə üçün isə 4 qəpik ödəyirlər. 

Bundan başqa, Naxçıvan üçün nəzərdə tutulan kampaniyanın şərtlərinə uyğun olaraq, cəmi 18 AZN ödəməklə 3 aylıq Sür@ İnternet paketi və  Sür@ data kartı pulsuz əldə etmək olar. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə