Kreditlər elektron arayışla veriləcək

29-12-2014 / 13:10

Daha bir neçə kredit təşkilatı elektron arayışla kreditlərin verilməsinə başlayacaq

"Elektron Hökumət" portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətindən faydalanan bankların sayı artacaq.

Yaxın zamanda isə "İnkişaf üçün maliyyə" Qeyri-Bank Kredit Təşkilatı, "Rabitəbank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "AGBank" ASC və bir sıra digər banklar bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər.

Hazırda "Elektron Hökumət" portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətindən real rejimdə "Unibank" ASC, "Accessbank", "Bank of Baku", "Bakı Ticarət Bankı", "Muganbank" ASC,"Bank Respublika" ASC faydalanmaqdadır.

 "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti  iş yerinizdən fiziki şəkildə  arayış gətirmədən banklara kredit almaq üçün müraciət etmək imkanı verir. Bu xidmət sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilirlər.(Marja)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə