44,5 milyon yeni zərərli proqram təminatı növü aşkarlanıb

17-06-2015 / 10:50

“Symantec” şirkəti may üçün hesabat təqdim edərək ay ərzində şəbəkəyə 44,5 milyon zərərli kod versiyası buraxan kibercinayətkarların fəallığında artımın olmasını açıqlayıb.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, bu, ötən ayın göstəricisini 50 faiz üstələməklə rekord göstəricidir. Apreldə təhdidlərin sayı 29,2 milyona bərabər olub. Bundan əvvəlki rekord martda qeydə alınmaqla 35,8 milyon təşkil edib. 

İlin əvvəlindən ən sakit ay 26,5 milyon zərərli kod nümunəsinin aşkarlandığı fevral olub. “OS X” sistemindən ən populyar troyan kompüterin DNS funksiyalarını dəyişən və trafiki cinayətkarların nəzarəti altında olan saytlara yönəldən “OSX.RSPlug.A” troyanıdır. Mayda zərərli proqramların qeydə alınması 23,9 faiz (+4 faiz) təşkil edib, sonrakı yerlərdə "Keylogger” (14 faiz) və “Wirelurker”  (9 faiz) əlavələri yer alıb.

Bununla yanaşı, mayda əsas məqsədi ən azı 250 əməkdaşın çalışdığı təşkilatlar olan fişinq hücumların sayı azalmaqda (30,6 faiz) davam edir. Apreldə bu göstərici 42,5 faiz təşkil edib. Elektron poçt məktublarına daha çox (40 faiz) “Microsoft Word” proqramına aid “DOC” və “DOCX” formatlı fayllar əlavə olunub.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.