Apple ikinci böyük layihəsini açıqladı

05-10-2015 / 16:28

Apple kosmos gəmisini xatırladan qeyri-adi şəhərciyini (Apple Campus)inşa etmək üçün razılığa gəlib.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Landbank Investments LLC tərəfindən planlaşdırıldığı qeyd edilən Central & Wolfe adlı şəhərciyin xarici dizaynı “command” düyməsini xatırladır.

72 min kvadrat metrlik layihə texnologiya ilə təbii həyatı bir yerdə təqdim edir. Binanın bağçalarla təchiz olunmuş damında 1,3 kilometrlik piyada yolu, ətrafında isə 3,2 kilometrlik gəzinti və velosiped yolları var.

Ağıllı texnologiyalarla təchiz edilmiş Cupertino mərkəzli şəhərcikdə 3 mindən çox adam yerləşdirilə bilər, amma inşaatın nə zaman başlanacağı barədə dəqiq bir məlumat yoxdur.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə