Facebook-un yeni ofisi - Fotolarda

03-04-2015 / 13:32

Dünyanın ən yaxşı ofisləri sıralamasında yer alan Facebook-un ofisi artıq Kaliforniyada Menlo Parkdaki şəhərcikdə fəaliyyət göstərəcək.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Mark Zuckerberg ilə üç il əvvəl tanış olub bu layihədə birgə işləməyə qərar verən Gehry onunla əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Qeyd edək ki, bina 430 min kvadrat metrlik sahədən ibarətdir. Tamamilə boş və nəhəng bir sahədən ibarət olan bina, bu quruluşuyla işçilərin bir-birləri ilə ünsiyyət qurmasını asanlaşdırır. Frank Gehry tərəfindən dizayn edilən binanın 2 min 800-dən çox işçiyə ev sahibliyi edəcəyi ifadə edilir.

İşçilərin rəsmi olaraq dünən köçməyə başladığı yeni mərkəz rəngli dizayn və 24 min kvadrat metrlik bağçası ilə ön plana çıxmaqdadır.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə