Azərbayanda ilk digital marketinq müəssisəsinin açılışı oldu

23-01-2015 / 12:31

Yanvarın 22-də “PARK INN”-də Azərbaycanda ilk digital marketinq sahəsi üzrə ixtisaslaşmış tədris müəssisəsi olan “Digital Marketing İnstitute Azerbaijan”-ın (DMİ Azerbaijan) açılış mərasimi keçirilib.

Xəbərlər.az-ın məlumatına görə, tədbirdə “DMİ Azerbaijan” ilə bərabər Marketinq sferasının peşəkar təmsilçiləri, o cümlədən bank, telekom, xidmət sahəsi və müxtəlif agentlik nümayəndələri iştirak etmiş, interaktiv fikir mübadiləsi aparılıb.

Açılış mərasimində  “DMİ Azerbaijan” həmtəsisçisilərindən olan Məmməd Kərimov bu fəaliyyət sahəsinin inkişaf etdirilməsi zərurətini vurğulayıb və eyni zamanda marketinq ekosistemində digital marketinqin müstəsna əhəmiyyətli olduğunu bildirib. İrlandiyanın “Digital Marketing İnstitute” təhsil ocağının Azərbaycan üzrə rəsmi təhsil tərəfdaşı olan “DMİ Azerbaijan”ın gələcək perspektivləri və üfüqlü yolu barəsində məlumat verən həmtəsisçi Tural Nəbizadə isə tədris ediləcək “Professional Diploma in Digital Marketing” kursu barəsində danışıb,  onun xüsusiyyət və faydalarını iştirakçılarla bölüşüb.

Digital Marketinqin ümumi vəziyyəti müstəvisində keçən rəsmi açılış tədbir daha sonra Ceyhun İmanov, Aflatun Hüseynov, Nadir Ələsgərov, Səriyyəxanım İsayeva və Kosta Petrovun təqdimatları ilə davam edib. Sonda püşkatma nəticəsində auditoriyanın nümayəndəsi, “Nar Mobile”şirkətinin əməkdaşı Hüseyn Hüseynov “DMİ Azerbaijan”ın təqdim etdiyi“Professional Diploma in Digital Marketing” kursunun pulsuz sertifikatlaşdırılması imkanını qazanıblar.

 “DMİ Azerbaijan”ın təqdim etdiyi “Professional Diploma in Digital Marketing” tədris kursu  fevralın  15-dən aktiv fəaliyyətə başlayacaq. 10 həftə ərzində, öz sahibkarlıq və texnologiya ünsürləri ilə fərqlənən, "Yüksək Texnologiyalar Parkında" davam edəcək kursun sonunda iştirakçılar onlayn sertifikasiyadan keçərək Avropanın nüfuzlu “Digital Marketing İnstitute”sertifikatını əldə edəcəklər. Bu sertifikat Avropanın Kvalifikasiya və Akkreditasiya Sisteminin 5-ci pilləsinə uyğundur.

Məltəm Talıb


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.