Xeberler.az məlumat verir ki, Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev İsveçrənin Sürix şəhərində keçirilmiş İsveçrə-Azərbaycan Biznes Forumunda “Azərbaycanda rəqəmsallaşma prosesləri və “Azerbaijan Digital HUB” proqramının bu proseslərə töhfəsi” mövzusunda çıxış edib.
O “AzerTelecom” şirkətinin hazırda icra etdiyi “Azerbaijan Digital HUB” proqramı barədə məlumat verərək bu proqramın ölkənin İKT, telekommunikasiya sektorunun inkişafı, rəqəmsallaşma proseslərinə mühüm töhfə verəcəyini bildirib. ““Digital HUB” proqramı ölkə daxlində dayanıqlı infrastruktur quruculuğunu, Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını, Transxəzər magistralının çəkilişini, ölkəmizdə regional Data Mərkəzin tikintisini və Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsini və rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur” – deyə Fuad Allahverdiyev bildirib.
Qeyd olunub ki, “Digital HUB” proqramı Avropa və Asiya ölkələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək, iki qitənin müxtəlif dövlətlərinin telekommunikasiya və kontent operatorlarının əməkdaşlığı, biznes əlaqələrinin daha da genişlənməsi üçün təməl olacaq. Azərbaycan bu proseslərdə mərkəzi ölkəyə çevriləcək və proqram çərçivəsində rəqəmsal telekommunikasiya dəhlizinin qurulması bir çox ölkələrdə rəqəmsallaşma proseslərinin sürətlənməsinə töhfə verəcək.
İsveçrə-Azərbaycan Biznes Forumu İsveçrə Konfederasiyasının Sürix şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə iyunun 27-də keçirilib.
“AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-upların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri