Oktyabrın 12-dən 15-dək Ümumdünya Telekommunikasiya İttifaqının (ÜTİ) dəstəyi və təşkilatçılığı ilə Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Xeberler.az bildirir ki, İnnovasiyalar Agentliyi Azərbaycanda startap və şirkət rəhbərlərini müsabiqədə iştirak etmək üçün dəvət edir. Müsabiqəyə qatılmaq üçün layihələrin aşağıda göstərilən beş mövzudan birinə uyğun olması kifayətdir:
• bağlantı, şəbəkə və rabitə (Connectivity)
• “ağıllı şəhərlər” (Smart cities, smart living)
• e-sağlamlıq (E-health)
• rəqəmsal maliyyə (Digital finance)
• e-təhsil (E-education)
Müsabiqədə iştirak etmək üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz: https://digital-world.itu.int/.../awards-application-form/
Ətraflı məlumat üçün bu linkdən keçid edin: https://digital-world.itu.int.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri