Previous Next
Bağla

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019 20:26
AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti dekabrın 3-6 tarixlərində Bakıda keçirilən Baku Tel 2019 - 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital Hub” proqramını təqdim edir.

Xeberler.az bildirir ki, AzerTelecom şirkətinin Baş direktoru Fuad Allahverdiyevin sözlərinə əsasən, sərgidə proqramın icra mərhələləri çərçivəsində həyata keçirilən layihələr barədə sərginin yerli və xarici iştirakçılarına ətraflı məlumat verilir. “AzerTelecom 2018-ci ildən başlayaraq Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb.

Proqram 3 mərhələdən ibarət olmaqla, magistral infrastruktur quruculuğunu, Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsini, Azərbaycanda iri Data mərkəzin tikilməsini və ümumilikdə rəqəmsal ekosistemin qurulmasını nəzərdə tutur. Biz hazırda “Digital Hub” proqramı çərçivəsində ilkin infrastruktur quruculuğu mərhələsindəyik və həm ölkə daxilində, həm də ölkə xaricində iri infrastruktur quruculuğu layihələri icra edirik. Ölkə xaricində magistral infrastruktur quruculuğu Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanlarına malik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutur. İki istiqamətdən – Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarət olan layihə Azərbaycandan keçməklə Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunu formalaşdıracaq. Şirkətimizin iştirakı ilə bu yaxınlarda dövlət-özəl sektor Konsorsiumu da təsis edilib və biz Konsorsiumun Azərbaycanın regionda rəqəmsal qovşaq olaraq mövqeyinin daha da güclənməsi, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin daha da genişlənməsinə töhfə verməsi istiqamətində fəaliyyət göstəririk” - deyə Fuad Allahverdiyev bildirib.

Qeyd edək ki, sərgidə həmçinin “Azerbaijan Digital Hub” proqramının logosu da təqdim olunub.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə