Previous Next
Bağla
REKLAM YERİ

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019 17:33
Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda keçirilmiş “İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumunun (IV Международный Форум “Время Инноваций 2019”) nəticələrinə əsasən “İlin İnfrastruktur layihəsi” adına layiq görülüb.

Xeberler.az bildirir ki, “İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumu çərçivəsində Bakıda innovasiya sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş tədbir baş tutub. Tədbir iştirakçıları olan yerli və xarici mütəxəssislər innovasiyaların müxtəlif sahələrdə tətbiqi, bu sahədə müasir trendlər barədə faydalı müzakirələr apararaq müxtəlif praktiki misallar nümayiş etdiriblər.

Tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev şirkətin icra etdiyi “Azerbaijan Digital Hub” proqramının ölkədə innovasiya mühitinin inkişafına, rəqəmsal ekosistemin formalaşmasına təsirlərindən danışıb. O proqram çərçivəsində icra edilən infrastruktur layihələri - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə magistral fiber-optik kabelinin çəkilməsi və beləliklə də Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə Rəqəmsal İpək Yolunun formalaşması, növbəti mərhələdə Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsi, iri Data mərkəzin tikintisi barədə məlumat verib, proqramın müxtəlif fazalarının icrasının ölkəmizdə innovasiyaların tətbiqinə mühüm töhfə verəcəyini qeyd edib. “Proqramın reallaşması ilə Azərbaycan hazırki enerji və nəqliyyat mərkəzləri statusu ilə yanaşı həm də regionun rəqəmsal mərkəzi olacaq. Bir müddət əvvəl AzerTelecom şirkətinin iştirakı ilə dövlət-özəl sektor tərəfdaşlığı Konsorsiumu da təsis olunub və biz Konsorsium çərçivəsində ölkəmizin rəqəmsal qovşağa çevrilməsi, Konsorsiumun rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinə töhfə verməsi üzərində çalışırıq” - deyə Fuad Allahverdiyev bildirib.

Qeyd edək ki, beynəlxalq forum çərçivəsində həmçinin müxtəlif sahələrdə innovasiyaların tətbiqi və inkişafı üzrə ən yaxşı layihələrin IX “İnnovasiya Dövrü” mükafatı ilə təltif edilməsi mərasimi baş tutub. AzerTelecom şirkətinin “Azerbaijan Digital Hub” proqramı “İlin ən yaxşı infrastruktur layihəsi” mükafatına layiq görülüb. 4-7 dekabr tarixlərində baş tutmuş beynəlxalq forumda Azərbaycan, Rusiya və Qazaxıstanın qabaqcıl şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019

“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

13-12-2021

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə