Azercell abonentlərinə güzəştli SMS paketləri

22-12-2009 / 12:03

İndi Azercell abonentlərinin istifadəsinə yeni Güzəştli SMS paketləri verilir. Paketlər 100, 250 və 500 SMS-dən ibarətdir. Abonentlər 8959 nömrəsinə 100, 250, 500 yazıb göndərməklə müvafiq olaraq 100, 250, 500 SMS-dən ibarət SMS paketinə abunə olurlar. 8959 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 1 kontur/0,01 AZN-dir.

SMS paketlərindən istifadə müddəti SimSim abonentləri üçün 30 təqvim günü, Azercell Fakturalı Xətt abonentləri üçün isə cari faktura dövrüdür. Qeyd edilən dövrlərdə istifadə edilməyən SMS-lər növbəti müvafiq dövrlərə keçirilmir.

Lakin SimSim abonentləri SMS paketinin istifadə dövrü bitmədən yeni SMS paketi sifariş etdikdə, bu zaman, onun öncəki SMS paketindəki istifadə edilməmiş SMS-lərin istifadə müddəti artıb yeni paketin istifadə müddətinə bərabər olur.

Azercell Fakturalı Xətt abonenti SMS paketini dəyişmək istədikdə, istək yalnız növbəti faktura dövründə icra olunacaq.

SMS paketindən imtina etmək üçün STOP yazıb 8959 nömrəsinə göndərin.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə