“Azercell” yeni GPRS paketləri istifadəyə verib

20-05-2009 / 16:34

Güzəştli endirim kampaniyaları və daim yeniləşən xidmətləri ilə seçilən “Azercell” bu dəfə internet həvəskarlarını sevindirir.

Belə ki, şirkət bu mayın 12-dən etibarən Data Paketləri üzrə mövcud olan paketlər siyahısına 100 MB və 1GB GPRS paketləri də əlavə edib.

Şirkətdən xeberler.az-a verilən məlumata görə abonentlər bu GPRS paketlərini sərfəli qiymətlərlə əldə edəcəklər. Belə ki, 100 MB-lıq GPRS paketi 10 AZN, 1 GB GPRS paketi isə cəmi 40 AZN qiymətindədir. Həmçinin, bildirək ki, GPRS – 60MB paket ləğv olunaraq GPRS – 100MB-la əvəz olunacaq.

Qeyd edək ki, “Azercell Telekom” MMC bir ay bundan əvvəl Data Paketləri üzrə verilən meqabaytların (MB) həcmini artırıb.

Əvvəlki tariflər qalmaqla indi Azercell Fakturalı xətt abonentləri 25 MB GPRS paketinin əvəzinə 30 MB, 50 MB GPRS paketi əvəzinə 60 MB və müvafiq olaraq 150 MB GPRS paketində 300 MB əldə edirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə