Azercell ASAN imza tariflərini qaldırır

18-07-2018 / 15:38

Bildiyiniz kimi dünən bəzi mətbuat orqanlarında yayılan xəbərlərə görə hazırda 1 manat olan ASAN imzanın aylıq abunə haqqı Azercell tərəfindən 2.5 manta qaldırılıb. 

Qurumdan abunə haqqı ilə bağlı informasiya əvvəl təkzib olunsa da, sonradan rəsmiləri bunu təsdiqləyib. Həmçinin bildiriblər ki,  bu yalnız onların qərarı ilə tətbiq olunmayıb. Hələlik sözü gedən məsələ ilə bağlı mobil operator qiymət artımını yalnız Azercell elan edib. ASAN və Vegilər Nazirliyi isə bu prosesə qarışmayacaqlarını bildirirblər.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, buna çox təəccübləndiyini bildirib: “Düzü, çox təəccübləndim ki, yenicə dövlət şirkətinə çevrilən bir qurum belə məntiqsiz qərarı necə qəbul edə bilər?

Osman Gündüz ilkin dövrlərdə ASAN imzanın qiymətinin hədsiz yüksək müəyyən olunduğunu xatırladaraq onun yalnız Azercell-dən almağın mümkün olduğunu söyləyib: “Qısa zamanda dövlət və özəl sektor məcburi qaydada bu imzaları əldə etməli oldu. Dövlət layihəsi olmasına baxmayaq sahibkarlarla bərabər, dövlət qurumaları üçün də yüksək tariflər tətbiq edildi və indi də yüksək tariflər qalmaqdadır.

Belə ki, Solution və Azercell şirkəti adı çəkilən dövlət qurumlarının adından və iştirakından da bəhrələnməklə ASAN imzadan 100 milyonlarla vəsait qazanıblar. Hazırda da xidmətə qoşulmaq və aylıq abunə üçün xeyli vəsaitlər əldə edirlər."

Ekspert məsələ ilə bağlı bəzi sualların da cavabsız qaldığını əlavə edib: "İndi sual olunur birdən birə dövlət layihəsində xidmət haqqını qaldırmağı kim təşəbbüs edib? Dövlət büdcəsi ilə qurulan bir infrastrukturda xərclər necə hesablanıb ? Hansı əsaslar olub ki, bu cür ictimai əhəmiyyətli xidmət üçün tariflər 2.5 dəfə qaldırılsın? Azercell dövlət şirkətinə çevriləndən sonra belə artım necə izah oluna bilər ?  NRYTN –nin bundan xəbəri varmı, nə üçün buna reaksiya verməyib?  Yoxsa NRYTN əhalinin hesabınamı Azercell şirkətinin durumunu yaxşılaşdrımağı düşünür?

Qeyd edək ki, ASAN imza layihəsi dövlətindir və milyonlarla vəsait xərclənib. Həmçinin layihənin gerçəkləşməsində iki dövlət qurumu, ASAN və Vergilər Naziriyi, həmçinin Best Solutions və CyberNet şirkətləri ilə yerli mobil operatorlar da iştirak edib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.