Previous Next
Bağla

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022 15:17
Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

Bildirdiyimiz kimi ötən gün nazir Rəşad Nəbiyev Azercell -in rəhbərliyi ilə görüş keçirib.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Açıqlanan məlumatdan belə anlaşılır ki, görüş Azercell-in strateji təşəbbüsləri və gələcək planları, xüsusilə də onun modernizasiyası ilə tanışlıq məqsədi daşıyıb.

Əlbəttə, Azercell -in "dövlətləşməsindən" elə də çox müddət keçmədiyini nəzərə alsaq onun fəaliyyətinin dövlətin diqqət mərkəzində olması, nazirin yeni komanda ilə görüşməsi doğru addımdır və təqdirəlayiqdir.

Amma, maraqlıdır ki, görüşlə bağlı məlumatda cəmiyyəti maraqlandıran sualların heç birinin cavabını tapmaq, hələlik mümkün olmayıb.

Bu tip ictimai maraq kəsb edən sualları isə qısa olaraq aşağıdakı kimi qruplaşdırardıq :

1. Azercell-də yeni rəhbərlik, yeni idarəetmə özünü doğruldubmu? Azercell dövlət şirkətinə çevriləndən sonra buradan bir xeyli peşəkarların uzaqlaşdırılması, təsadüfi adamların yüksək postlara gətiriliməsi haqqında məlumatlar sızırdı. Hazırda bu dövlət şirkətinin sağlamlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi durumu necədir?

2. Azercell-ə bağlı Nazirliyin, dövlətin strateji məqsədi nədən ibarətdir ? Bu nəhəng mobil operator daha da gücləndirilərək özələşmə üçün satışa çıxarılacaq, yoxsa elə dövlət şirkəti olaraq qalacaq ?

3. Azercell dövlət şirkətinə çevriləndən sonra investisiya imkanları, innovasiyala yatırımları necə olub ? Son zamanlar trafikin (danışıq və mobil internet) kəskin artması, bahalı mobil trafik müqabilində mənfəətin cüzi artımlarını necə izah etmək olar?

4. Diqqət çəkən məqam həm də odur ki, ölkənin bir nömrəli mobil operatorunun gələcək planları, nazirlə görüşü haqqında məlumatda 5G haqqında bir kəlmə yoxdur. Amma qonşu ölkələrdə, digər regionlarda bu tip görüşdə müzakirə predmeti ancaq və ancaq 5G infrastrukturun inkişafı, ancaq 5G üçün tezliklər uğrunda amansız mübarizə və s. olur. Bəlkə də belə bir müzakirə olub, özəl operatorlara bildirmək istəmirlər.

5. Ucqar ərazilərdə, kəndlərdə 3G/4G infrastrukturu qurulmayıb . Bu məsələ öz həllini necə tapacaq? Nazirlik tezlik, lisenziya verdiyi operatorlardan bu problemin həllini ayrılıqda tələb edəcək, yoxsa vahid bir şəbəkə qurulması təşəbbüsü irəli sürüləcək?

6. Azercell dövlət şirkətinə çevriləndən sonra mobil bazarda rəqabətin daha da azaldığı müşahidə olunur. Nazirlik Azercell, Bakcell və Nar arasında , ümumiyyətlə mobil bazarda rəqabəti gücləndirmək üçün hansı addımları nəzərdə tutub? Və s.

Azərbaycanın ən nəhəng vergi ödəyicisi olan, ölkədə rəqəmsal innovasiyaların inkişafında mühüm yer tutan, 4 il bundan öncə 460 milyon manat büdcə vəsaiti ödənilməklə səhmlərinin 51.3% -i RİNN-in AzİnTelecom qurumu tərəfindən alınan, mobil bazarın böyük hissəsinə nəzarət edən bir dövlət şirkəti ilə nazirin görüşü haqqında məlumatlar kifayət qədər ictimai əhəmiyyət kəsb edir. Ümid edirəm nəzərə alacaqlar”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020

Nazirlik Azercell-i inkişafa, yoxsa geriyə aparacaq?

07-03-2018

Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

24-01-2024

Osman Gündüz: Azercell-in dövlət şirkətinə çevrildikdən sonra vəziyyəti necə olub?

04-03-2021

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

Azercell ASAN imza tariflərini qaldırır

18-07-2018

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Azercell-in gəlirləri nə qədər olub və nə zaman özəlləşməyə çıxarılacaq ?

08-04-2024

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

23-08-2022

Azercell-i hansı qurum alır?

12-02-2018

“Azercell-in mobil bazarda payı 48 faizdir”

22-02-2017

“Azərbaycan prezidenti “Azercell” şirkətinə 3G lisenziyasının verilməsinə dair göstəriş verib”

24-11-2010

“Azercell telekommunikasiyanın inkişafına 68 milyon manat vəsait ayırıb”

24-02-2016

Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

12-11-2019

1 milyonluq rüsumu hansı mobil operator ödəməlidir?

23-02-2017

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021

“İnkişafı qəsdən tutub saxladılar”

10-08-2011

“Azercell” abunəçilərinə yarana biləcək problemlər barədə xəbərdarlıq etdi

30-01-2009

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə