Previous Next
Bağla

Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

01-09-2018 12:15
Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

Bu gündən Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz məsələylə bağlı bəzi məqamlara toxunub:

"Yeni nəsil elektron şəxsiyyət vəsiqələri ilə bağlı, belə görünür ki yalnız bir problem qalıb. NRYTN tərəfindən vəsiqədə yerləşdirilən vətəndaşın elektron imza sertifikatından istifadə ilə bağlı rüsum haqqında heç bir məlumat yoxdur. Qaydalara görə bu sertifikatlar vəsiqədə ilkin vəziyyətdə qeyri-aktiv formada olacaq. Onun aktivləşdirilməsi vətəndaşın arzusu ilə gerçəkləşəcək. Vəsiqədəki elektron çipdə yerləşdirililən sertifikatların müddəti isə 5 ildir. Qısa bir araşdırma ilə gömək olar ki ötən günlər elektron imzanın aktivləşməsinin pulsuz olması ilə bağlı xəbərlər saytlardan yığışdırılıb. Buradan belə qənaətə gəlmək olar ki hələ də NRYTN-nin bununla bağlı yekdil bir qərarı yoxdur.

Ekspert eyni zamanda prosesin ASAN imza ilə bağlılığından danışıb:

"Düz 5 ildir hazırlıq gedən bir prosesdə NRYTN –da bu sahəyə məsul şəxslər hələ də rüsumun illik olması, aktivləşmə üçün olması və ya elektron imzadan hər istifadə sayına görə olması haqqında yekun bir qərara gələ bilməyiblər.
Eyni zamanda düşünürəm ki bəlkə də əvvələr belə bir qərar olub. Amma sonradan baş verənlər bu qərara yenidən baxılmasını zəruri edib. Belə ki, bir müddət öncə ASAN imza ilə bağlı aylıq abunə haqqı Best Solution şirkəti tərəfindən birdən-birə əsassız olaraq 150% qaldırılıb və bununla bağlı Prezident səviyyəsinədək müraciətlər olub.  Bu artım, kimlərinsə hər ay dövlət layihəsindən 0.5 milyon manat vəsait qazanması deməkdir. Digər tərəfdən də belə bir zamanda Prezident Fərmanı əsasında ortaya yeni şəxsiyyət vəsiqələrindəki imza bundan öncə də vurğuladığımız kimi elektron imza bazarında rəqabətli mühitin inkişafına təkan verməli idi. Ola bilər ki, ASAN imza xidmətinin yeni yaranan mühitdə elektron imza bazarında tab gətirməsi üçün kimlərsə maraqlıdır və onlar da yeni şəxsiyyət vəsiqələrindəki imzanın həmin qiymətə uyğunlaşdırılmasını istəyirlər."

Osman Gündüz son olaraq  hər iki elektron imzanın dövlət layihəsi olduğunu və dövlət hesabına formalaşdığını qeyd edərək bildirib:

" Fikrimcə, yeni şəxsiyyət vəsiqələrindəki elektron imzadan istifadə ya tamamilə pulsuz və ya simvolik qəpik-quruş səviyyəsində bir məbləğ olmalıdır."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018

Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

24-09-2018

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014

Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019

Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq

10-02-2022

Ekspert: "Yeni nəsil" şəxsiyyət vəsiqələri yenilənə biləcəkmi?

13-11-2021

Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

07-03-2019

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018

Azercell ASAN imza tariflərini qaldırır

18-07-2018

ASAN imza probleminin həllini kimlər çətinləşdirib? Ekspertdən açıqlama

20-07-2020

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

Yeni nəsil şəxsiyyət vəsiqələrindəki e-imzanın aktiv olunması nə üçün yubanır?

17-12-2020

Osman Gündüz: "Elektron imza populyarlaşacaqmı?"

02-05-2014

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

08-06-2018

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

Azər Həsrət : Asan İmza üçün milyonlarla dollar vəsait havaya sovrulub

24-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə