Previous Next
Bağla

ASAN imza probleminin həllini kimlər çətinləşdirib? Ekspertdən açıqlama

20-07-2020 16:27
ASAN imza probleminin həllini kimlər çətinləşdirib? Ekspertdən açıqlama
"Yenə də ASAN imza ilə bağlı narazılıqlar baş qaldırıb. Son 3 ildir ki bu problemlər zaman-zaman təkrar olunur. İndi də xüsusi karantin rejimi müddətində Asan imzanın sertifikat müddəti başa çatanları yenidən imza almaq üçün Mobil operatorlar və Dövlət Vergi Xidməti öz ofislərinə dəvət edir.".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
 
"Diqqət yetirin, lütfən, imzanın özü rəqəmsal məhsuldur, amma əldə etmək üçün gərək mütləq oflayn əməliyyatda iştirak edəsən, mütləq xidmət ofislərində saatlarla növbə tutmaq lazım gəlir.
 
Xatırladıram ki, Asan xidmətə dəxli olmayan ASAN imza məhsulu Best Solution və CyberNet şirkətləri, keçmiş Vergilər Nazilriyi və mobil operatorların birgə iştirakı ilə hazırlanıb. Güman ki, proses iştirakçıları gələcəkdə bu rəqəmsal məhsula siyasi dəstək qazanmaq üçün ASAN adını da əlavə ediblər. Əsas texniki-texnoloji platforma, rəhbəri xarici vətəndaş olan BestSolution şirkətidir. Hazırda isə Asan imzanın əsas inzibati operatoru İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.
 
Yəni, vətəndaş imza üçün mobil operatordan müvafiq SİM kartı əldə etdikdən sonra bu quruma yaxınlaşmalı və Asan imzanı aktiv edərək 3 illik Sertifikat almalıdır.
Bu məqsədlə vətəndaş 25 manat ödəniş etməlidir. 3.5 manat operatorundur , 2.5 manat ( ! ) aylıq ödənişdir və qalan vəsait isə Vergilər Xidmətinə yönlənir. Bu vəsaitin Dövlət Xidməti, BestSolution və operatorlar arasında necə bölüşdürülməsi məlum deyil.
 
Xatırladıram ki, ötən il ASAN imzanın operatoru Best Solution şirkəti mobil operatorlarla separat sövdələşmə apararaq ASAN imzanın aylıq abunə haqlarını əsassız olaraq 150% qaldırıb. Beləliklə, ASAN xidmətə dəxli olmayan Asan imzanın ciddi problemləri qalmaqdadır, əldə edilməsi və ödənişi oflayndır və 2 quruma yaxınlaşmaq lazım gəlir, aylıq ödənişi hədsiz yüksəkdir, mobil imza sahəsində rəqabətli mühit yoxdur, hamıdan, hətta ildə bir dəfə dağlara qoyunları otarmağa aparan çobandan da Asan imza tələb olunur və s".
 
Ekspert məsələnin həlli ilə bağlı bir neçə təklif irəli sürüb:
 
1. Asan imzanın əldə edilməsi online formaya keçirilsin. İmzanın əldə edilməsi üçün vahid informasiya sistemi hazırlansın və ödənişin də online formada edilməsi imkanı yaradılsın.
 
2. Asan imza müddətsiz olaraq verilsin. İstifadəçiyə imkan yaradılsın ki, yalnız özünün arzuladığı müddət üçün, online ödəniş edərək aktivləşdirə bilsin.
 
3. Asan imza dövlət layihəsi olduğundan, dövlətin dəstəyindən yetərincə istifadə olunduğundan, sistemin hazırlanıb başa çatmasından sonra onun saxlanması xərclərinin hədsiz az olmasını nəzərə alaraq Aylıq istifadə xərcinin bir neçə dəfə endirilməsi, təxminən, 0.5 manat müəyyən edilməsi məqsədəuyğun olardı.
 
4. ASAN Xidmət qurumu, dövlət başçısının siyasi iradəsi əsasında formalaşan, onun adı ilə bağlı olan ASAN berindinin Asan imza üzərindən götürülməsi ilə bağlı addımlar atsın.
 
5. E-gov sahəsində səlahiyyətli qurum olan ASAN və ya NRYTN elektron imza sahəsində rəqabətli mühit formalaşdırmaq üçün daha bir mobil imzanın reallaşdırılmasını təmin etsin.
 
6. NRYTN MHM-a məxsus e-imzanın istifadəsində effektivliyin və mobilliyin təmin edilməsi üçün əlavə addımlar atılsın.
 
7. Prezidentin 7 il öncə verdiyi Fərmana uyğun olaraq yeni şəxsiyyət vəsiqələrindəki e-imzaların nəhayət ki aktivləşdirilməsi təmin edilsin. NRYTN indiyədək də bunu reallaşdıra bilməyib, maraqlı tərəflər bunun reallaşmasına illərdir ki, imkan verməyiblər.
 
Osman Günüzüz qeyd edib ki, İqtisadiyyat Nazirliyi yenidən formalaşandan sonra nazir Mikayıl Cabbarov bu problemi real olaraq asanlaşdıra biləcəyinə ümid edib. Təəssüf ki, hələlik bu, baş verməyib.
 
Son olaraq ekspertin sözlərinə görə, güman etmək olar ki, nazir Asan imza monopoliyasının arxasında dayananların müqavimətini qıra bilməyib. Bu şəxsin kim olmasını İKT sektorunda bilənlər var. Belə görünür ki, bu problem həllini tapmasa artıq daha incə məsələləri ictimailəşdirmək lazım gələcək - deyə Osman Gündüz bildirib.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018
Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq

Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq

10-02-2022
ASAN imza problemi davam edir

ASAN imza problemi davam edir

28-03-2019
Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

01-09-2018
Asan İmza ödənişsiz oldu

Asan İmza ödənişsiz oldu

22-05-2020
Azercell ASAN imza tariflərini qaldırır

Azercell ASAN imza tariflərini qaldırır

18-07-2018
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019
Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021
Osman Gündüz: "Asan imza" yenə çöküb

Osman Gündüz: "Asan imza" yenə çöküb

04-03-2025
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021
Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

07-03-2019
Ekspert: "Asan imza" sistemi çöküb

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023
Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018
“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS  vasitəsilə uzada bilərlər

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021
Asan İmza xidməti artıq Bank BTB ASC–də

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018
“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

01-07-2021
"Vətəndaş" tipli "Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

"Vətəndaş" tipli "Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

31-05-2021
Ekspert Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlama verdi

Ekspert Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlama verdi

31-07-2018
Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013
Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023
Azercell: "Asan İmza"nın fəaliyyəti bərpa edilib

Azercell: "Asan İmza"nın fəaliyyəti bərpa edilib

04-03-2025
“Asan İmza” indi “Azercell” tətbiqində!

“Asan İmza” indi “Azercell” tətbiqində!

24-11-2025
 Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016
Artıq Azercell-də  “Asan İmza” sertifikatını yeniləmək mümkündür

Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür

15-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə