Azercell-dən bayram kampaniyası

16-12-2015 / 22:02

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom Yeni il ərəfəsində abunəçilərinə sərfəli kampaniyalar təqdim etməkdə davam edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, 16 dekabr 2015-ci il tarixindən etibarən fakturalı xətt abunəçiləri üçün xüsusi “Yeni il” kampaniyasına başlayır. Kampaniya çərçivəsində bütün mövcud və mobil nömrə daşıma xidməti ilə Azercell şəbəkəsinə keçən fakturalı xətt abunəçiləri çox sərfəli qiymətlərlə iPhone 6 və iPhone 6+ telefonu əldə edə bilər.

Kampaniyadan yararlanmaq üçün abunəçilər Azercell diler şəbəkələrindən və Azercell Ekspress Ofislərindən güzəştli şərtlərlə “Hədsiz" tarifinə qoşulub iPhone 6 (16 GB), iPhone 6 (64 GB) və iPhone 6+ (64 GB) telefonu almalıdırlar. Abunəçi bu telefonları əldə etdikdən sonra 18 faktura dövrü ərzində müvafiq olaraq 99 AZN, 109 AZN və 119 AZN alylıq abunə haqqı odəməli olacaq. Kampaniyaya qoşulma dərhal baş verir və "Hədsiz" tarif paketi növbəti gündən aktivləşdirilir. Abunəçi kampaniyadan yalnız öz nömrəsi ilə yararlana bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Kampaniya çərçivəsində bir nömrəyə yalnız bir IMEI tətbiq etmək mümkün olacaq.

Azercell-in 4,5 milyonluq abunəçi ailəsinə qoşulmaqla, siz də şirkətin təqdim etdiyi kampaniyalardan yararlanmaq imkanı qazanın. Həm özünüzə, həm də sevdiklərinizə bayram hədiyyəsi edin.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.