Azercell-dən “Danışan Mesaj” xidməti

22-05-2009 / 17:28

\"Azercell Telekom\" MMC bütün Azercell abonentləri üçün yeni “Danışan Mesaj” xidmətini istifadəyə verib. Yeni xidmət \"Azercell\" abonentlərinə öz mesajını zəng vasitəsilə göndərməyə imkan verəcək. Xidmətdən istifadə qaydaları da çox sadədir.

Belə ki, istədiyiniz abonentə \"Danışan Mesaj\" göndərmək üçün * düyməsini və mesaj göndərdiyiniz abonentin 10 rəqəmli nömrəsini yığıb, siqnal səsindən sonra mesajı yerləşdirməlisiniz.

Mesaj göndərdiyiniz abonentə \"Danışan Mesaj\" daxil olduqda, onu qəbul etmək imkanı olmadıqda istənilən vaxt 6996 nömrəsinə zəng edərək ona gələn mesajı dinləyə bilər. “Danışan Mesaj” xidmətindən istifadə haqqı 11 kontura bərabərdi. 6996-ya zəng edib “Danışan Mesajı” dinləmək ilk 30 saniyə ödənişsizdir. 30 saniyədən sonra hər bir dəqiqə üçün isə abonentin balansından 10 kontur çıxılır.

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.