Azercell abonentləri iyunun 2-sində Türkiyənin Kayseri şəhərində keçirilən Türkiyə və Azərbaycan futbol komandalarının yoldaşlıq görüşünü izləmə imkanı qazana bilərlər.
Bunun üçün 11 Azercell abonentindən ibarət komanda yığmaq, SMS yarışmasında iştirak etmək və MAKSİMUM sayda suallara birlikdə düzgün cavab vermək lazımdır.
Komandanı necə yığmaq lazımdır?
Komandaya dəvət etmək istədiyiniz Azercell abonentlərinin 9-rəqəmli nömrələrini (50 və ya 51XXXXXXX) yığıb, 9777 nömrəsinə bir-bir SMS vasitəsilə göndərmək lazımdır.
Komandaya sizinlə birlikdə 11 iştirakçı yığılana qədər bu proses davam edilməlidir. Sistem mesaj bildirişləri komandanın yığılması prosesi boyu sizə yardım edəcək. Komanda tam yığıldığında siz oyunçular siyahısını bildiriş mesajı ilə alacaqsınız.
Balları necə toplamaq lazımdır?
Komanda yığıldıqdan sonra komanda üzvləri SMS vasitəsilə suallar almağa başlayacaq. Hər bir düzgün cavab komandaya 1 bal qazandıracaq.
Yeni sual yalnız əvvəlki suala cavab verildikdə göndəriləcək. SMS yarışmasının sonunda ən çox bal toplamış komanda qalib elan ediləcək.Bütün suallar futbola aiddir və futbolun bəzi qaydaları yarışmada da keçərlidir.
Yarışmanın sonlarına yaxın (SMS yarış başladığı andan 20 gün sonra) lider komandalar onların statusunu göstərən bildiriş mesajı alacaqlar. Bərabər bal toplamış komandalar olarsa, bu komandaların kapitanları \"penalti\" sualları alacaq. Hansı komandanın kapitanı düzgün cavab verərsə, həmin komanda qalib elan olunacaq və bütün komanda üzvləri \"təbrik\" mesajı alacaq.
Qeyd edək ki, bu proqram 25.05.2009 tarixinə qədər keçərlidir.Daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiz:
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri