“Sms şans” kampaniyası davam edir

29-04-2009 / 15:18

“Azercell Telekom” MMC-nin abonentlər tərəfindən maraqla qarşılanan “Sms şans” kampaniyası davam edir. Kampaniya çərçivəsində lotoreya oyununun səkkizinci tirajı keçirilib.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, hər mesaj göndərən abonentə müxtəlif məbləğdə pul hədiyyələri və tanınmış türk müğənnilərinin konsertlərinə bilet qazandıran lotereya kampaniyasının səkkizinci tirajı keçirilib. Tiraj nəticəsində 300 abonent 30 AZN, 30 abonent 300 AZN, bir abonent isə 3 min AZN qazanıb.

Qeyd edək ki, “Azercell”in “Sms şans” kampaniyasının iştirakçısı olmaq üçün dost-tanışlarınıza, yaxınlarınıza mesaj göndərməyiniz kifayətdir. Bu ilin may ayının 22-nə qədər davam edəcək “Sms şans” kampaniyası boyunca 10 tiraj keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə